"Manatın devalvasiyasına qədər xaricə gedəcəyimiz dəqiq idi, amma indi yox"

26.12.2015 | 5969 dəfə oxunub

"Sumqayıt"ın baş məşqçisi Samir Abasovun müsahibəsi

- Qış fasiləsi üçün hansı planlarınız var?
- Manatın devalvasiyasından öncə ölkə xaricinə, daha dəqiq desək, Türkiyəyə yollanacağımıza 90 faiz əmin idik. Hətta üç yoxlama oyunu keçirməklə də bağlı danışıqlar gedirdi. Rəqiblərdən birinin Cənubi Azərbaycan təmsilçisi "Traktorsazi" olması gözlənilirdi. Amma hazırda ölkə xaricinə getməyimiz sual altındadır.

- Komandanız ötən il də xaricə təlim-məşq toplanışına getməmişdi. Bu, sizin üçün çoxmu vacibdir?
- Toplanışa getməyi çox istəyirdik. İlk növbədə daha ciddi sınaqçı-rəqiblərlə qarşılaşmaq üçün. Alınmasa, ölkə daxilində də olsa, faydalı toplanış həyata keçirməyə çalışacağıq.

- Komandanı kimlərin tərk edəcəyinə qərar vermisiniz?
- Fuad Məmmədzadə, Emin Abdulov və Tural Rzayevin komandanı tərk edəcəyi dəqiqləşib.

- Elə bu üç futbolçu?
- Ola bilsin ki, başqa gedənlər də olsun. Bu, artıq yeni transferlərdən asılı olacaq.

- Heyəti gücləndirməklə bağlı hansı planlarınız var?
- Büdcəmiz aşağıdır. Komandada görmək istədiyimiz bir neçə oyunçu var. Amma bu oyunçuları qışda heyətə qatmaq çox çətindir. Çünki əksər futbolçuların klubları ilə müqaviləsi var.

- Klubsuz qalan Kamran Ağayevin komandanıza keçməsi müzakirə mövzusudur...
- Ağayev üçün "Sumqayıt" sonuncu variantdır. O, Azərbaycan yığmasının qapıçısıdır, iddiaları çöx böyükdür. Digər variantları alınmasa, mümkündür ki, mövsümü "Sumqayıt"da davam etdirsin. Şəxsən mən onu komandamızda görməyi çox istəyərdim.

- Klub rəhbərliyi komandanın çıxışından razıdır?
- "Sumqayıt" turnir cədvəlində səkkizinci pillədə qərarlaşıbsa, klub rəhbərliyi bundan necə razı ola bilər? Mən gələndən sonrakı nəticələrə baxsaq, pis təsir bağışlamadığımızı demək olar. Bu üzdən də gələcəyə nikbin baxmağa dəyər?

- "Sumqayıt" mövsümün qalan dövründə nəyə ümid edəcək?
- Dörd futbolçu ilə güclənə bilsək, 5-6-cı yerlər uğrunda mübarizə apara bilərik.

- Kamran Ağayevin keçidi də baş tutacağı halda, daha yaxşı nəticə göstərməyiniz mümkündür?
- Kamranın transferi bizim yüksək nəticələrə imza atacağımıza zəmanət verə bilməz. Bəli, bu, yaxşı stimul olardı. Ağayev komandada özünəinamı artıra bilər. Üstəlik, qapıçı mövqeyində problemlərimiz də var. azerisport



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail