Millimizin qapıçısı: "Oyun məndə ikili hiss oyatdı"

Səlahət Ağayev Belçika ilə oyunu dəyərləndirdi

11.10.2011 | 6034 dəfə oxunub

"İnter" və Azərbaycanın gənclərdən ibarət milli komandasının qapıçısı Səlahət Ağayev Belçika ilə keçirilmiş oyunla bağlı fikirlərini bölüşüb.

Stadium.az xəbər verir ki, klubun rəsmi saytına açıqlama verən qapıçı bunları sğyləyib:

"Çox maraqlı oyun oldu. Oyunun ilk yarısı bizim üçün çox uğurlu alındı. Komandamıza 2 qol vurmaq müyəssər oldu. Biz vəziyyətə nəzarət edirdik, lakin birinci hissənin sonunda vurulan qol kifayət qədər gözlənilməz alındı. İkinci hissədə rəqib irəliyə doğru atıldı və yekun nəticədə hesabı bərabərləşdirdi.

Oyun məndə ikili hiss oyatdı. Bir tərəfdən təəssüf doğurdu ki, 2 top fərqilə öndə olsaq da, bu üstünlüyü əldən verdik. Lakin digər tərəfdən belə güclü rəqiblə heç-heçə oynamaq heç də pis nəticə deyil. Gənc yaşlarına baxmayaraq rəqibin futbolçuları İngiltərə Premyer-liqasında, Almaniya Bundesliqasında oynayırlar. Ancaq bu vəziyyət bizi qorxutmadı və belçikalılara layiqli müqavimət göstərdik. Ötən oyunlarda bir xal da əldə edə bilməmişdik, bu dəfə isə məğlub olmadıq".



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail