"Qəbələ" Rusiyaya gedir

Komanda “Young Talents Cup 2011”ə yola düşdü

11.10.2011 | 11779 dəfə oxunub

Oktyabrın 13-dən 16-dək Rusiyanın Sankt-Peterburq şəhərində ənənəvi beynəlxalq “Young Talents Cup 2011” turniri keçiriləcək. Stadium.az xəbər verir ki, bir çox ölkə  təmsilçilərinin iştirak edəcəyi turnirdə Azərbaycandan “Qəbələ” klubunun yeniyetmə futbolçuları da mübarizə aparacaqlar. Turnirdə 11 yaşlı futbolçulardan ibarət komandalar iştirak edir.  

Bununla 8-ci dəfədir təşkil olunan yarışa bu dəfə 18 komanda dəvət alıb. Komandalar  hər birində 6 kollektiv olmaqla 3 qrupda mübarizəyə başlayacaq. “Qəbələ” “B” qrupunda “Zenit” (Sankt-Peterburq, Rusiya), “Slovan” (Bratislava, Slovakiya), “Kapillan Pollo” (Helsinki, Finlandiya), “Vityaz” (Podolsk, Rusiya) və Yuri Konoplyov  adına Futbol Akademiyasını (Tolyatti, Rusiya) təmsil edən komanda yarışacaq. 

Oyunlar  “Nova Arena” adlı stadionda baş tutacaq. Qrup mərhələsinin oyunları dairəvi sistemlə keçiriləcək. Qruplarda ilk iki yeri tutan komandalar, eləcə də, ən yaxşı nəticə göstərən 2 kollektiv final mərhələsində yarışmaq hüququ əldə edəcək. 

“Qəbələ” “Young Talents Cup 2011” turnirində bu heyətlə təmsil olunacaq: Məhəmməd Abbaslı, Ruslan Həsənov, Sərxan Osmanov, Cahid Həsənzadə, Bəşir Aylarov, Rəvan Camalov,  Təbriz İsazadə, İzzət Müştaqov, Salman Ələskərov, Nizami Səmədov, Tolqar Yaqubov, Elməddin Sultanov, Vüsal Məsimov, Fikrət Tağıyev.

Qəbələ Futbol Akademiyasının direktoru Əli Yavaş, onun müavini Nail Kərimov, habelə məşqçilərdən Rəcəp Yazıçı, Kurt Uğur, Anar Surxayev və həkim Şabaddin Məmmədov da nümayəndə heyətinin tərkibində olacaqlar.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail