"Bakı-2015" I Avropa Oyunları 3-cü yeri tutub

30.12.2015 | 2896 dəfə oxunub

Beynəlxalq İdman Jurnalistləri Assosiasiyası (AİPS) bir sıra nominasiyalar üzrə ilin ən yaxşılarını müəyyənləşdirib.

Stadium.Az xəbər verir ki, media üçün yaradılan şərait baxımından "Bakı-2015" I Avropa Oyunları 3-cü yeri tutub.

Bu Oyunlar 298 və ya 14,85 faiz səs yığıb. Çinin paytaxtı Pekində keçirilmiş atletika üzrə dünya çempionatı 366 səslə (18,24 faiz) birinci, Kanadada təşkil olunmuş qadınlar arasında futbol üzrə dünya çempionatı 305 səslə (15,2 faiz) ikinci yeri tutub.

Digər nominasiyalara gəldikdə, yamaykalı sprinter, 100 metr və 200 metr, eləcə də 4X100 metr məsafəyə qaçışda dünya çempionu Useyn Bolt 804 səslə (27,74 faiz) kişilər arasında ilin idmançısı sayılıb. Serbiyalı tennisçi Novak Cokoviç 774 səslə (26,71 faiz) ikinci, İspaniyanın "Barselona" klubunun və Argentina milli komandasının futbolçusu Lionel Messi 380 səslə (13,11 faiz) üçüncü olub.

Ən yaxşı qadın idmançı nominasiyasında ABŞ tennisçisi Serena Uilyams 664 səslə (24,19 faiz) birinci, efiopiyalı atlet Genzebe Dibaba 362 səslə (13,19 faiz) ikinci, onun hollandiyalı həmkarı Dafne Şippers 283 səslə (10,31 faiz) üçüncü yeri tutub.

Ən yaxşı komanda nominasiyasında "Barselona" futbol klubu 848 səslə (30,2 faiz) qalib olub. Yeni Zelandiyanın reqbi üzrə yığması 506 səslə (18,02 faiz) ikinci, ABŞ-ın "Qolden Steyt Uorriorz" basketbol kollektivi isə 298 səslə (10,61 faiz) üçüncü yerlə kifayətlənib.

Səsvermədə Azərbaycanı heç bir qurum təmsil etməyib. (report)



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail