"İnter" "Teuta"yla oynayacaq

30.12.2015 | 3100 dəfə oxunub

Bakının "İnter" klubunun qış təlim-məşq toplanışı çərçivəsində Türkiyənin Antalya şəhərində yoxlama görüşü keçirəcəyi daha bir rəqib dəqiqləşib.

Stadium.Az xəbər verir ki, klubdan verilən məlumata görə, "bankirlər" Albaniyanın "Teuta" klubu ilə üz-üzə gələcəklər.

Qarşılaşma yanvarın 16-da baş tutacaq. "Teuta" hazırda Albaniya Super Liqasında 18 turdan sonra 30 xalla 3-cü pillədədir.

Bir neçə gün öncə isə "İnter"in daha iki rəqibinin adı açıqlanıb. Bunlar Almaniya "Verder"inin ikinci komandası və Qazaxıstanın "Atrau" klubudur. "Verder"lə görüş yanvarın 13-də, "Atrau" ilə isə ayın 23-də olacaq. "Bankirlər" toplanış çərçivəsində 4 yoxlama görüşü keçirəcək. Yanvarın 19-da baş tutacaq görüşdəki rəqibin kimliyinə isə yaxın günlərdə aydınlıq gələcək.

"İnter" yanvarın 4-də Antalyaya 20 günlük təlim-məşq toplanışına yollanacaq (Report).



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail