Roman Qriqorçuk: “Qəbələ”ylə müqavilə müddətini böyük məmnuniyyətlə uzatdım"

31.12.2015 | 3269 dəfə oxunub

“Qəbələ” baş məşqçi Roman Qriqorçukla müqavilə müddətini uzadıb. Yeni anlaşmaya görə, 50 yaşlı ukraynalı mütəxəssis daha bir il klubumuzda çalışacaq. Yəni əvvəlki müqaviləsi cari mövsümünün sonunda başa çatan Qriqorçuk 2016/17 mövsümündə də “qırmızı-qaralar”a başçılıq edəcək. Onun klubla anlaşması 2017-ci ilin iyun ayında başa çatacaq.

 Stadium.Az xəbər verir ki, Roman İosifoviç “Qəbələ İK”ya açıqlamasında yeniliklə bağlı fikirlərini söyləyib:

“Qəbələ”ylə müqavilə müddətini böyük məmnuniyyətlə uzatdım. Anlaşmanın qalan müddətində komandanın inkişafı üçün yaxşı işlər görmək mümkündür və buna nail olacağımıza inanıram. Mən çox istəyirəm ki, “Qəbələ”ylə daha yüksək səviyyəyə çıxaq. Biz qarşımızda duran yüksək məqsədləri görürük. Onu da başa düşürük ki, buna çatmaq üçün çox güclü sistem yaratmalıyıq. Elə bir sistem ki, bunun sayəsində komanda uzun müddət yüksək nəticələr əldə edə bilsin. Əlbəttə, bunun üçün ilk növbədə sabit komandamız olmalıdır. İşlər elə qurulmalıdır ki, nəticə davamlı olsun. Bütün bunları çətin də olsa həyata keçirməliyik. Qarşıya qoyulan əsas məqsədlərdən biri də “Qəbələ”yə tarixində ilk titulu qazandırmaqdır. Əlbəttə, mən bunu çox istəyirəm və istəyimi gerçəkləşdirmək üçün əlimdən gələni edəcəyəm”.

Komanda Qriqorçukun rəhbərliyi ilə 2014/15 mövsümündə Premyer Liqamızda bürünc mükafat qazanıb. Tarixində ilk dəfə avrokuboklarda mərhələni Roman İosifoviçin başçılığı ilə keçən “Qəbələ” UEFA Avropa Liqasında qrup mərhələsinədək irəliləyib.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail