Emin İmaməliyev: "Heç vaxt uduzmağı xoşlamamışam"

02.01.2016 | 4088 dəfə oxunub

"Qəbələ"nin 17 yaslılardan ibar­t komandasının (U-17) cari mövsümd­ə mübarizəyə yeni bas m­əşqçi - Emin İmamə­liyevin r­əhbərliyi ilə baslayıb.

 

Stadium.az xəbər verir ki, öt­ən il “Q­əbələ” U-17-d­ə kömə­kçi m­əşqçi kimi çalısan 35 yaslı mütə­xə­ssis hazırda ­əvə­zedici hey­ətiin “sükanı arxası”nda olan Ramin Quliyevi ­əvə­zlə­yib. 2014-cü ilin yayından “Q­əb­ələ­” Futbol Akademiyasında çalısan İmam­əliyev ötən mövsüm “Bakcell U-17 Liqası”nda çempion titulunu qazanıb, “Bakcell Elit Kuboku”nun qalibi olub.

 

“Qəbələ” “Bakcell U-17 Liqasında turnir cədvəlinə inamla başçılıq edir. Komandanın hesabında 13 qələbə, 1 heç-heçə və 1 məğlubiyyət var. İmaməliyev “Qəbələ İK”ya müsahibəsində komandasının çıxışına qiymət verdi və qarşıdakı məqsədlərdən danışdı.

 

- Karyeranızda ilk dəfə baş məşqçi kimi çalışırsınız. Sizin üçün bu vəzifənin özəlliyi nədədir?

- Baş məşqçi işləmək, həqiqətən, böyük məsuliyyət tələb edir. Hərçənd, köməkçi məşqçi olanda da bu məsuliyyəti hiss edirdim. Ancaq baş məşqçi olmaq tamam başqa şeydir. O, bütün komandaya görə cavabdehdir. Doğrudur, baş məşqçi köməkçilərinin fikirlərini öyrənir, amma yekun qərarı özü verir. Heyəti doğru müəyyənləşdirmək, futbolçunun hazırlığını düzgün qiymətləndirmək baş məşqçinin borcudur. Qərar verəndə, yaxşı fikirləşib, doğru addım atmaq, səhv edəndə də onu düzəltməyi bacarmaq lazımdır. Baş məşqçi kimi oyunlarda o qədər stress keçirirsən ki... Mən hələ U-17 komandasındayam. Təsəvvür edirəm yüksək liqada baş məşqçi olmaq nə qədər məsuliyyətli işdir.

 

- Baş məşqçi olduqdan sonra U-17 komandamızın heyətində hansı dəyişikliklər etmisiz?
- Heç bir futbolçu ilə yollarımızı ayırmadıq. Əksinə, komandaya 4 yeni futbolçu - Emin Bağırov, Abbas Ağazadə, Güləli Mehrəliyev və Boris Babayevi cəlb etdik. Mövsümün əvvəlində Borisin lisenziya məsələsinin həlli bir qədər yubandığından, hələki onu meydançaya buraxa bilməmişik. Artıq bu məsələ həllini tapmaq üzrədir və güman edirən ki, mövsümün ikinci yarısında Babayevin xidmətindən yararlana biləcəyik.

 

- Baş məşqçi kimi işiniz, deyəsən, alınır. Komandanın inamlı çıxış edir...
- Hər oyuna böyük qələbə istəyi ilə çıxırıq. Şükür ki, işlərimiz yaxşı gedir, istədiyimiz nəticələri əldə edirik. Doğrudur, müəyyən çatışmazlıqlar da var.

 

- Məsələn.
- Futbolçular tapşırıqlarımızın mahiyyətini bəzən tam dərk etmirlər. Bir elementi başa salırsan, yerinə yetirirlər. Ancaq bəzən görürsən ki, müəyyən müddətdən sonra öyrəndiklərini unudurlar.

 

- Yeganə məğlubiyyətiniz Qəbələdə qeydə alınıb, həm də böyükhesablı olub. “Qarabağ”a 1:4 hesablı məğlubiyyətin səbəbini necə izah edərdiniz?
- Heç vaxt uduzmağı xoşlamamışam. Doğrudur, oynadığım vaxt məğlubiyyətlərim olub. Ancaq xarakterimə uyğun olaraq, yetirmələrimi hər zaman və yalnız qələbəyə kökləyirəm. Həmin oyun mənə yuxu kimi gəlir. Komanda, ümumilikdə, zəif çıxış etdi. 15-20 dəqiqə ərzində yaratdığımız 6-7 qol imkanının yalnız birindən istifadə etdik. Həmin oyunda buraxdığımız səhvləri sonradan təkrarlamadıq.

 

- Çempionatın səviyyəsi sizi qane edir?
- Rəqiblərimiz zəif deyil. Oyunlarımızın oxu çətin keçib. Güclü rəqiblər kimi “Neftçi”, “Qarabağ”, “Sumqayıt”, “Xəzər Lənkəran”ı qeyd edə bilərəm. 17 yaş futbolçu üçün elə bir dövrdür ki, zəif, yaxud güclü olduğunu axıradək müəyyənləşdirmək çətin olur. Əsas motivasiya, istəkdir. Bu yaşda meydanda “professor”luq etmək də bir qədər yersiz görünə bilər. Sadəcə, baş məşqçinin tapşırığını maksimum şəkildə, doğru-dürüst yerinə yetirmək lazımdır.

 

- Oyunların əksəriyyətində böyük hesabla qalib gəlməyinizi vaxtilə sizin hücumameylli olmağınızın təsiri varmı?
- Əlbəttə, bu amil komandamın oyun tərzinə çox təsir göstərir. Hücum xəttində çıxış edənlərdən əsas tələbim odur ki, qol epizodlarından maksimum istifadə etsinlər. Bacardığımızdan da artığını etməyə çalışırıq. Meydançada dominantlıq etmək, hücum futbolu oynamaq akademiyamızın oyun tərzidir. Komandalarımızın oyun dəst-xətti məşqçilərə görə dəyişmir. Bütün məşqçilər bu prinsiplərə əməl etməyə çalışır. Əvəzedici heyətə, hətta əsas komandamıza bir neçə futbolçu verə bilərik. Niyə də olmasın?

 

- Konkret hansı futbolçuları əsas komandaya namizəd sayırsınız?
- Əvvəla onu deyim ki, futbolçular arasında fərq qoymaq istəməzdim. Bizim üçün bütün futbolçular eynidir. 2-3 futbolçumuz var ki, əsas komandada rahat məşq edə, hətta bir hissəyədək oynaya bilərlər. Doğrudur, əsas komandada çıxış etmək böyük məsuliyyət tələb edir. Buna görə, futbolçular, hardasa, çəkinə bilərlər. Ancaq bunun heç bir qorxusu yoxdur. Mən özüm 17 yaşımda yüksək liqada oynayırdım.

 

- Cavidan Qasımlı vurduğu 16 qolla çempionatın bombardirləri arasında ikincidir. Onun haqqında başqa nə deyə bilərsiniz?
- Cavidanın böyük potensialı var. Ancaq bir az tənbəldir. Biz də bunu aradan qaldırmağa çalışırıq. İstəyirik ki, milli komandanın üzvü kimi Cavidan hər zaman seçilsin. Bilirsiniz, hər şey məşqçidən asılı deyil. Futbolçu gələcəyini özü fikirləşməlidir. Peşəkar futbolçunu yetişdirməkdə məşqçinin rolu, rəqəmin “dili ilə” desək, 80 faizə yaxındır. Qalan 20 faiz futbolçunun öz daxilindən gəlməli, irəli getməyə iddialı olmalıdır. Təəssüf ki, Azərbaycanda gənc futbolçular məhz bu baxımdan “axsayırlar”. Yerli futbolçulara xas olan keyfiyyətlərdən biri də budur ki, ruhdan tez düşürlər. Belə şeyləri heç vaxt xoşlamamışam. Sərəncamında olan 18 futbolçunun hamısına şans verirəm. Hətta lazım olanda 2000-ci il təvəllüdlü futbolçu da götürüb meydançaya buraxmışam.

 

- Cari mövsümdə əsas məqsədiniz nədir?
- Çempionatı qalib kimi başa vurmaq, sərəncamımızda olan futbolçuları daha yaxşı hazırlaşdırmaq istəyirik. Gələn il 17 yaşlılar arasında Avropa çempionatının final mərhələsi Bakıda keçiriləcək. Yığmamızın baş məşqçisi Təbriz Həsənov, köməkçiləri ilə mütəmadi ünsiyyətdə oluram. Milliyə hazır futbolçular haqda məlumat verir, təkliflərimi deyirəm.

 

- Akademiyamızın hollandiyalı sabiq direktoru Stenli Brardla əməkdaşlıq sizə nə verdi?
- Brardla birgə çalışdığım ilyarımda çox şey öyrəndim. O, çox səmimi, hər bir şeyin yerini bilən insandır. Səhv edəndə xırdalığına kimi başa salırdı. Stenli müasir futbolun xüsusiyyətlərini bizə çox geniş şəkildə izah edirdi. Bizə belə təcrübəli mütəxəssislərlə işləmək xoşdur.

Mehman SÜLEYMANOV (Qəbələ İK qəzeti)



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail