"Sumqayıt"ın aparıcı üzvü klubdakı qalmaqallı xəbər barədə danışdı - "...klub bunu bizə məcbur etdirir"

05.01.2016 | 6849 dəfə oxunub

Mətbuatda yayılan xəbərlərə görə, Tükiyədə təlim-məşq toplanışı keçmək istəyən “Sumqayıt” klubunun prezident Kamran Quliyev, qardaş ölkəyə gedib-qayıtmaq üçün lazım olan yol xərclərini futbolçuların “belinə yükləyib”. Stadium.Az olaraq bu məsələylə maraqlandıq. Həqiqətənmi klub yop pulunu futbolçulardan “qoparmaq” istəyir? Bununla bağlı komandanın aparıcı futbolçularından olan Amit Quluzadəylə əlaqə saxladıq. Amit də məsələyə belə aydınlıq gətirdi:

“İndi hamı bilir ki, vəziyyət yaxşı deyil. Hətta “Neftçi” kimi komanda Türkiyəyə gedə bilmir. Bəzi komandalarımız maddi vəziyyət yaxşı olmadığı üçün Türkiyəyə təlim-məşq toplanışına gedə bilmir. Biz “Sumqayıt”da bir ailəyik. İndiyə kimi klub həmişə yanımızda, arxamızda olub. Futbolçularla düşündük ki, belə bir təlif edək. Yəni komandaya kiçik bir dəstək nümayiş etdirək. Təklif etdik ki, yop xərclərini biz özümüz həll edək, toplanış üçün geri qalanını komanda öhdəsinə götürsün. Məqsəd xaricdə daha yaxşı hazırlaşmaq, gözəl ab-havayla üçüncü dövrəyə başlamaqdır. Hələ ki, heç klub rəhbərliyi bu təklifimizə müsbət cavab verməyib. Ancaq mətbuatda yalan informasiyalara rast gəlirik ki, guya klub bunu bizə məcbur etdirir. Belə şey olar? Tam əsassız fikirlərdir”.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail