Elnur Allahverdiyev: "Millidə Berti Foqtsa görə yox, üçrəngli bayrağımıza görə oynayıram" - MÜSAHİBƏ

12.10.2011 | 6638 dəfə oxunub

Milli komandanın müdafiəçisi Elnur Allahverdiyevin müsahibəsi: 


- Oyun haqda nə deyə bilərsiniz?
- Bu qarşılaşmada Türkiyəyə xal çox lazım idi. Belə götürəndə, itirəcəyimiz heç nə yox idi. Fikrimcə, uşaqlar pis oynamadı. 0:1 hesablı məğlubiyyət də pis nəticə deyil. Amma heyət yaxşı qurulsaydı, nəticə bundan da yaxşı ola bilərdi. Məncə, Rəşad Sadiqov, Rahid Əmirquliyevin ehtiyatda qalmaları düzgün deyil. Necə olur ki, yarımmüdafiəçilər kənarda qalır, müdafiəçilər dayaq yarımmüdafiəçisi mövqeyində oynayırlar? 

- Belə çıxmırmı ki, siz, Əmirquliyev və Sadiqov meydanda olsaydınız, nəticə başqa cür olardı?
- Söhbət məndən getmir. Mən müdafiəçiyəm, əvəzimə başqasını oynadıb. Bəs orta xətdəkilər? Sadiqovla Əmirquliyev yarımmüdafiəçi mövqeyində komandaya daha çox xeyir verə bilərdi? Belə olmaz axı... Aləm bir-birinə qarışıb. Komandada ürəyi, canı yananlar oynamalıdırlar. Amma belə görürəm ki... Belə davam etsə, şəxsən mən görsəm ki, haqqımı kimsə yeyir, Berti Foqtsla söhbət edəcəyəm. Ona deyəcəyəm ki, məni yığmaya çağırmasın.

- Axı siz əvvəllər müntəzəm olaraq, yığmada çıxış edirdiniz. Birdən-birə nə baş verdi?
- Heç nə baş verməyib. Sadəcə, mənə elə gəlir ki, bu, haqsızlıqdır. Heç kimdən zəif deyiləm. Zəif olsam, deyərəm ki, məni çağırma. Çıxıb meydanda özümü biabır etmərəm. Amma zəif deyiləmsə, nəyə görə kənarda qalmalıyam? 

- Bəlkə ehtiyatda qalmağınıza Avstriya ilə əvvəlki qarşılaşmada zəif çıxışınız səbəb olub?
- Həmin oyunda mənim nə səhvim olub ki... 10 nəfərlə qalmışdıq, uduzduq. Avstriyaya qarşı oyunumuz da alınmadı. Avstriyaya qarşı çox futbolçu zəif oynamışdı. Bəlkə səhv deyirəm? Ehtiyatda qalmağı heç vaxt özümə sığışdırmaram. Zəif olsam, özüm yığmaya gəlmərəm. 

- Bu fikirlərinizdən Vaqif Cavadovun hərəkətinə haqq qazandırdığını demək olarmı?
- Hər kəs özünə cavabdehdir. Ona bəraət qazandırmıram. Amma fikrimcə, millimizlə birgə İstanbula gəlməli idi. Əgər imtina etmək fikri var idisə, Foqtsla söhbət etməli idi. Futbolçu zəifdirsə, baş məşqçiyə “Komandaya kömək etmək iqtidarında deyiləm” deməlidir. Cavadov kimi ad-sanlı futbolçuya yığmadan imtina etmək yaraşmaz. Cavandır, ola bilər, səhv edib. Amma mən onun üstünə getmək istəmirəm. 

- Milli komandamızın avtobusu artıq getdiyi halda, Siz niyə burada qalmısınız?
- Dostum Mahir Şükürov dopinq-testdən keçməyə aparılıb. Onu gözləyirəm. 

- Siz Foqtsun yığmada qalmasının lehinə, yoxsa əleyhinəsiniz?
- Mən həmişə onun yığmada qalmasını istəmişəm. O, qalsa, futbolumuz nə isə qazana bilər. 4 ildir bu yığmaya can qoyuram. Amma Foqts məni gah müdafiənin sağına, gah soluna, gah da ortasına atır. Ya da heç bir səbəb olmadan ehtiyatda otuzdurur. Mən sol cinahda heç kimdən zəif deyiləm. Əgər məni sağ cinaha atırsansa və mən həmin mövqedə zəif oynayıramsa, bu, mənim günahım deyil. Mən öz cinahımda heç kimə uduzmuram. Başqa mövqelərdə pis oynayıramsa, o demək deyil ki, zəifəm. 

- Mövqeyinizdə çıxış edən Ufuk Budak kənardan necə təsir bağışlayırdı?
- Necə oynadığını gördünüz də... O cavandır, gələcəyi qabaqdadır. Amma yığmada cəmi 2 oyuna çıxıb. Mən oynadığım halda, əvəzimə gənc futbolunu meydana buraxması düzgün deyil. Düzdür, Ufukun təcrübəsi azdır, gələcəyi qabaqdadır. Amma elə oyunlar var ki, orada təcrübəsi və gənclərin oynaması xeyir vermir. Əksinə, təcrübəlilər meydana çıxmalıdırlar. Hər halda, bu, baş məşqçinin qərarıdır mən buna qarışmıram. Lakin öz sözümü ona deyəcəm.

- Deyirsiz ki, ehtiyatda qalacağamsa, Foqts məni milliyə çağırmasın. Artıq seçmə başa çatıb...
- Mən Foqts yığmada qalsa onunla oturub ciddi söhbət edəcəm. 

- Vaqif Cavadovun aqibəti ilə üzləşəcəyinizdən qorxmursunuz?
- Demirəm ki, komandanı atıb gedirəm. Mən millidə Berti Foqtsa görə yox, üçrəngli bayrağımıza görə oynayıram. Biz azərbaycanlı oğlu kimi görürəmsə kimsə haqqımı yeyir, gəlib 2 gündən ötrü yığmamızda oynasın, bu düzgün deyil. 30-31 yaşım yoxdur ki, yerimdə hansı cavan futbolçu oynasın. Kimdənsə zəif oynasam, bu başqa məsələ...

apasport.az


Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail