FIFA "Rəvan"ı cəzalandırdı və ağır sanksiya ilə hədələdi

07.01.2016 | 5715 dəfə oxunub

Azərbaycan Premyer Liqasının ikinci yarısına başlayıb-başlamayacağı sual altında olan "Rəvan”a FİFA-dan cəzalar üst-üstə gəlir.

Stadium.Az xəbər verir ki, braziliyalı futbolçu Julio Moreyra Sezar ali futbol qurumuna şikayət edərək Bakı klubuna qalib gəlib. 

FİFA-nın qərarına əsasən Nuru Əliyevin sahib olduğu klub Moreyraya 79 min dollar ödəməlidir. Bu pullar braziliyalıya verilməyəcəyi halda klub Premyer Liqada iştirakdan məhrum edilə bilər. Bu barədə məlumatı futboçunun vəkili Radostin Vasiliyev verib. O həmçinin bildirib ki, daha bir futbolçuya görə "Rəvan” cəzalana bilər:"Rəvan”a qarşı bu həftə daha bir məhkəmə olacaq. Mənim digər müştərim Tyaqo Souza Bezzeraya borcu olan klub FİFA tərəfindən ikinci cəzanı ala bilər. Əgər yanvar ayının sonuna qədər pullar ödənilməsə, onların hesabından 6 xal silinə bilər. Həmçinin komanda Premyer Liqada iştirak hüququndan da məhrum edilmək təhlükəsi ilə üz-üzədir”. (Qafqazinfo)



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail