"Kəpəz" AFFA-nın turnirindən imtina edib

11.01.2016 | 4622 dəfə oxunub

Bu gün Azərbaycan klublarının iştirakı ilə qış fasiləsi dövründə keçiriləcək mini-turnirin püşkü atılacaq.

Stadium.Az xəbər verir ki, turnir yanvarın 13-də start götürəcək və ayın 24-də yekunlaşacaq.

Təşkilatçılardan olan AZAL-ın vitse-prezidenti Fikrət Hüseynovun saytımıza verdiyi məlumata görə, bu gün saat 16:00-da turnirə qatılacaq klubların nümayəndələrinin iştirakı ilə toplantı baş tutacaq. Həmin toplantıda elə turnirin püşkü də atılacaq və reqlament müəyyənləşəcək.

Bu turnirdə dördü Premyer Liqa ("Neftçi", AZAL, "Xəzər Lənkəran", "Rəvan"), qalanı isə birinci divizion təmsilçisi ("Şərurspor", "Qaradağ Lökbatan" , "Neftçala" və MOİK) olmaqla səkkiz klub iştirak edəcək. Komandalar dörd komandadan ibarət iki qrupda mübarizə aparacaq. İlkin formata görə, qrup birinciləri finalda turnirin qalibini müəyyənləşdirəcəklər. Turnirin oyunları "Bayıl Arena" və "AZAL Arena"da keçiriləcək.

Sonda onu da xatırladaq ki, "Kəpəz" bu turnirdə iştirakdan imtina edib. Buna səbəb Gəncə klubunun Yevlaxda təlim-məşq toplanışında olmasıdır.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail