Şahin Diniyev: "Futbolçular çempionatın ikinci hissəsinin ağır keçəcəyini nəzərə alırlar və..."

13.01.2016 | 2646 dəfə oxunub

"Kəpəz" hazırlıqlarını davam etdirir. Stadium.Az xəbər verir ki, yanvarın 11-dən Yevlaxda məşqlərə başlayan komanda gündə iki dəfə məşqə çıxır. Futbolçular səhər saat 10:30-da və günortadan sonra saat 16:30-da məşqçilər heyətinin tərtib etdiyi plan üzrə hazırlaşır.

İlk məşqlərin gedişi haqda "sarı-göylər"in baş məşqçisi Şahin Diniyev  fikirlərini bölüşüb:

 "Məşqlərin ağırlığına baxmayaraq, futbolçular səylə çalışırlar. Bu da baş məşqçi kimi məni sevindirir. Hiss edirəm ki, futbolçular çempionatın ikinci hissəsinin ağır keçəcəyini nəzərə alırlar və daha məsuliyyətlə məşq edirlər. İşə ciddi yanaşmaları təbii ki, biz məşqçilərin ürəyincədir”.

O, “Kəpəz”in Yevlaxdakı təlim-məşq toplanışı müddətində əsasən fiziki hazırlığa diqqət ayıracağını vurğulayıb:

"İndi əsas fiziki hazırlıq üzərində çalışırıq. İlk növbədə oyunçuların fiziki durumunu artırmalıyıq. Sonra taktiki və texniki çalışmalara başlayacağıq. Sizə deyim ki, əvəzedici heyətdə yer alan gənclərin məşqindən də zövq alıram. Çünki onlar da əzmlə hazırlaşırlar”. (klub saytı)



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail