"Real" və "Atletiko"ya bir illik transfer qadağası qoyuldu

15.01.2016 | 2855 dəfə oxunub

Madrid şəhərinin iki klubuna transfer qadağası qoyulub. Stadium.Az xəbər verir ki, FİFA "Atletiko" və "Real"a qarşıdakı iki transfer dönəmində yeni oyunçuları qeydiyyatdan keçirmək qadağasını qoyub. Bu klublar 18 yaşından aşağı oyunçuların transferində yol verilən qayda pozuntularına görə cəzalandırılıb. Analoji sanksiya ötən il FİFA İntizam komitəsi tərəfindən "Barselona"ya da tətbiq edilmişdi. Qurum "Atletiko"nu 822.600 avro, "Real"ı 329 min avro cərimələyib.

Ötən ilin may ayında "As" nəşri "kral klubu"nun 14 yaşından aşağı 25 çinli uşağı öz akademiyasına gətirdiyi barədə məlumat yaymışdı. "Real" rəhbərliyi bunu qəti şəkildə təkzib etmişdi. 2015-ci ilin yanvarında isə "Atletiko"da 26 ölkədən 43 azyaşlı futbolçunun təhsil aldığı ortaya çıxmışdı. Bunların 21-i 16 yaşından aşağı uşaqlar idi.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail