Roman Qriqorçuk deyilənləri təkzib etdi

15.01.2016 | 3248 dəfə oxunub

"Qəbələ"nin baş məşqçisi Roman Qriqorçuk Ukrayna və Latviya mətbuatına ölkəmizin stadionlarının durumundan narazı olması ilə bağlı açıqlama verməsi xəbərlərini təkzib edib.  

Stadium.Az xəbər verir ki, məsələ ilə bağlı klubun rəsmi saytına danışan ukraynalı mütəxəssis stadionlar barədə heç bir mətbu orqana açıqlama vermədiyini bildirib:

"Sözügedən xəbərlər məni xeyli təəccübləndirdi. Əminliklə deyə bilərəm ki bu məlumatlar həqiqəti əks etdirmir. Əgər həqiqətən də mənim Azərbaycandakı stadionlarla bağlı fikrimi bilmək istəyirsinizsə, bunları deyə bilərəm: Bakıdakı stadionlar dünya standartlarına tam cavab verir. Bu mübahisəyə ehtiyacı olmayan faktdır. O ki qaldı ölkə çempionatında çıxış etdiyimizi arenalara, demək olar ki bütün komandaların yüksək səviyyəli stadionu var. Xüsusilə, "Bakcell Arena" mənim çox xoşuma gəlir. Bakıda nəinki stadionlar, ümumiyyətlə, idman arenaları ən xoş sözlərə layiqdir. Bunu burada olan bütün insanlar təsdiqləyə bilər. Məni stadionlarla bağlı narahat edən yeganə məqam bəzi süni örtüklü meydançaların durumudur. Bu da təbii ki, bütün stadionlara aid deyil. Öz stadionumuza gəlincə, kifayət qədər gözəl arenamız var, istədiyimiz tam şərait yaradılıb, infrastruktur ideal səviyyədədir. Bu məsələni klub rəhbərliyi ilə heç vaxt müzakirə etməmişəm".

Ölkə mətbuatında yer alan bəzi xəbərlərdə baş məşqçi Roman Qriqorçukun Azərbaycandakı stadionlarla bağlı fikirləri yayılıb. Ukrayna və Latviya mətbuatına istinadən verilən xəbərlərdə baş məşçinin ölkəmizdəki stadionların durumundan narazı olduğu bildirilir.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail