Rəşad Sadiqov: "Çempion olmaq üçün əlimizdən gələni edəcəyik" - MÜSAHİBƏ

17.01.2016 | 2531 dəfə oxunub

"Qəbələ"nin yarımmüdafiəçisi Rəşad Sadiqovun müsahibəsi

- "Qəbələ" yeni ildəki ilk oyununda Almaniya "Osnabryuk"u ilə heç-heçə etdi (1:1). Komandanızın oyunundan razı qaldınız?

- Komandamız normal oynadı. Hansısa səhvlərimiz oldusa, məşqçilər korpusu matçın təkrarına baxarkən onları bizə söyləyəcək.

- Toplanış necə gedir?

- Yaxşı templə davam edir. İlk 2-3 gün çox çətin oldu. Ardından istirahət etdik. İndi isə əsasən meydançada məşq edirik.

- Ukraynanın "Metallurq" klubunun müdafiəçisi Pavel Paşayev "Qəbələ"də baxışdadır. Azərbaycan yığmasının əsas heyətinə düşə bilməyən futbolçu komandanıza faydalı ola bilər?

- Paşayev hələ klubla müqavilə imzalayıb. Ona görə də bu futbolçunun "Qəbələ"yə nə dərəcədə faydalı olacağı barədə yalnız müqavilədən sonra danışmaq olar. O, sadəcə, baxışa gəlib.

- Bir halda ki, onu baxışa dəvət ediblər, deməli, komandanın güclənməyə ehtiyacı var?

- Transfer məsələləri ilə məşqçilər korpusu məşğul olur. Bu, bizim işimiz deyil.

- Komandanın bu toplanışda hansısa problemi var?

- Bu sualı baş məşqçiyə ünvanlayın. Mən isə hesab edirəm ki, "Qəbələ" mövsümün ikinci dövrəsinin startına qədər ideal formada olacaq.

- "Qəbələ"nin "Qarabağ"la çempionluq uğrunda mübarizə aparmaq şanslarını necə qiymətləndirərdiniz?

- Çempion olmaq üçün əlimizdən gələni edəcəyik. Bunu zaman göstərəcək.

- Yəqin ki, maliyyə böhranının bəzi klublarımıza necə təsir etməsindən xəbəriniz var. Sizə elə gəlmir ki, mövsümün ikinci hissəsi çox darıxdırıcı keçəcək?

- Elə düşünmürəm. Hazırda mövsümün bərpa olunmasını gözləyirik. Nəyin necə olacağını da ondan sonra görəcəyik. Şəxsən mən maraqlı mübarizə izləyəcəyimizi düşünürəm. (azerisport)



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail