"Xəzər Lənkəran"ın baş məşqçisi: "Rəhbərliklə görüşdüm və futbolçulardan bir həftə möhlət istədim"

18.01.2016 | 3675 dəfə oxunub

"Xəzər Lənkəran"ın baş məşqçi vəzifəsindən ayrılan Elbrus Məmmədov bir gündən sonra komandaya qayıdıb.

Stadium.Az xəbər verir ki, bu barədə 44 yaşlı mütəxəssisin özü məlumat verib. Onun sözlərinə görə, futbolçuların gedişi klubun çox çətin duruma düşməsi ilə əlaqədar olub: 

"Vəziyyət çox çətindir. Futbolçuların bir qismi maaşa görə etiraz edir. Rəhbərliklə görüşdüm və futbolçulardan bir həftə möhlət istədim".

Baş məşqçi vəziyyətin bu həftə düzələcəyinə inam ifadə edib:

"Rəhbərliklə görüşümdə bu həftənin sonunadək maaşların ödəniləcəyini dedilər. Mən də uşaqlara müraciət etdim ki, mövcud heyət bir həftə gözləsin. Məlum məsələdir ki, bütün dünyada maliyyə problemləri var. Transferə çıxarılan və komandadan kənarlaşdırılan futbolçularımın geri qayıtmasını istəyirəm. Onlar 4 ildir ki, mənimlə bir yerdədirlər. Çalışacağam ki, onları geri qaytarım. Bütün komandaya ehtiyacım var". 

E.Məmmədov ötən gün komandanı məşqə Yunis Hüseynovun çıxarmasına dair xəbərləri təkzib edib. Onun sözlərinə görə, məşq köməkçi-məşqçi Ağadadaş Həmidovun rəhbərliyi altında baş tutub. Gənc mütəxəssis bildirib ki, komandanın sükanı arxasında kim olsa da, komanda yaşayacaq.

"Xəzər Lənkəran" rəhbərliyi Kazım Kazımlı və Elvin Mirzəyevi komandadan qovub, Elşən Rzazadə, Elnur Cəfərov və Kamran Abdullazadəni isə transferə çıxarıb. (Report)



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail