"Kəpəz" Yevlaxdakı işini bitirdi

18.01.2016 | 2331 dəfə oxunub

“Kəpəz” ilk toplanışı başa vurub. Stadium.Az xəbər verir ki, Şahin Diniyevin çalışdırdığı komanda yanvarın 11-dən 17-nə kimi Yevlaxda hazırlıq keçib. 

“Sarı-göylər” bir həftə boyunca gündə iki dəfə məşq ediblər. Komanda əsasən fiziki hazırlıq üzərində işləyib.

Yevlax toplanışında “Kəpəz” yoxlama oyunu da keçirib. Komanda əvəzedici heyətlə qarşılaşaraq 6:0 hesabı ilə qələbə qazanıb. Ötən gün isə “Kəpəz” qış hazırlığı dövründə ikinci yoxlama oyununu keçirib. Yevlax toplanışını səhər məşqi ilə başa vuran komanda Bakıya yollanaraq paytaxtda “Qaradağ Lökbatan”la qarşılaşıb. Görüş Gəncə klubunun məğlubiyyəti ilə yekunlaşıb - 1:2. Birinci divizion təmsilçisi ilə matçda “sarı-göylər”in təsəlli qoluna Bəxtiyar Soltanov imza atıb. Əlavə edək ki, yoxlama oyununda baş məşqçi Şahin Diniyev bütün futbolçuları sınaqdan keçirib.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail