Keçmiş qapıçısından "Neftçi" rəhbərliyinə ağır sözlər: "Məni kişi kimi işdən çıxaraydılar"

19.01.2016 | 2831 dəfə oxunub

Azərbaycan milli komandasının sabiq qapıçısı Hüseyn Məhəmmədov "Neftçi”nin aşağı yaş qrupları üzrə komandasındakı işindən uzaqlaşdırılıb.

Stadium.az xəbər verir ki, Məhəmmədov qumar oyunlarında iştirakda ittiham olunur. Bu gün mətbuat konfransı keçirən Məhəmmədov məsələyə aydınlıq gətirib: "Məni işdən çıxara bilərlər. Amma qumarbaz kimi şərləməkləri düzgün deyil. Bu hal mənim üçün xoş deyil. Mənim futbolda uğrularım var. Biz hazırda işimizin gözəlliyindən danışmalıyıq. Mənim futbolçu və məşqçi kimi gördüyüm iş qiymətləndirilməlidir. Bizim bu gün MDB kubokunda Ermənistan klubunu udan günümüzdür. Mənim qumarbaz kimi adlandırılmağım düzgün deyil. Mən "topaz”da olmamışam. Həmişə komandanın başında olmuşam. Bunu yazanlar da etiraf edib ki, həmin şəkillər 1 il yarım əvvələ aiddir. Hәmin vaxt mәn işsiz olmuşam. Dostum Rusiyadan gəlmişdi, onunla "topaz"da çay içmişik. Bunu yazan media orqanı da etiraf edib. Məni kişi kimi işdən çıxaraydılar. Bu adla işdən çıxarılmağım düzgün deyil”.

Məhəmmədov məsələ ilə bağlı AFFA prezidenti Röövnəq Abdullayevə şikayət məktubu göndərəcək: "Mən Azərbaycan çempionuyam. Əllərində heç bir sübut olmadan məni işdən çıxarırlar. Bununla bağlı AFFA prezidenti Rövnəq Abdullayevə şikayət məktubu göndərəcəm. Bu barədə həmçinin klubun rəsmi saytında təkzib verilməsini də istəyirəm”. (Sportal.az)



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail