"İnter"in uşaq futbolu dağılır?

21.01.2016 | 2722 dəfə oxunub

Ötən il Cahangir Hacıyevin Beynəlxalq Bankın İdarə Heyətinin sədri vəzifəsindən çıxarılmasının “İnter" PİK-a mənfi müstəvidə təsiri hamıya məlumdur. Maliyyə vəziyyəti kəskin şəkildə zəifləyən “İnter"in üzləşdiyi çətinliklər klubun uşaq futbol məktəbindən də yan keçmədi. Aylarla topsuz, formasız qalan uşaqlar və maaşlarını ala bilməyən uşaq futbolunda çalışan məşqçilər vəziyyətin tezliklə düzələcəyinə ümid edirdilər. Fəxri prezidentin həbsindən və manatın 2-ci devalvasiyasından sonra isə onsuz da pis olan vəziyyət daha da ağırlaşdı. Hətta o yerə çatdı ki, uşaqlar valideynlərin ümidinə qaldılar. Onsuz da yeni rəhbərliyin gəlişinə kimi futbolçular məhz valideynlərin hesabına zəruri idman ləvazimatları ilə təmin olunur, yarışlara gedirdilər. Ötən ilin dekabrında kluba Rəşad Qasımovun prezident təyin olunmasından sonra gözləmək olardı ki, uşaq futboluna diqqət artırılacaq.

Amma...

Təəssüf ki, vəziyyət yenə də acınacaqlı olaraq qalır. Uşaq futboluna cavabdeh olan Valentin Xodukinin göndərilməsindən sonra onun yeri boş qalıb. Başqa sözlə, uşaq futbolu başsızdır. Son bir neçə ildə bu sahəyə rəhbərlik edən Xodukin uşaq futboluna xeyir verəcək hansısa bir iş görməmişdi. Ayda boş yerə 3-4 min manat maaş alan ukraynalının göndəriıməsi yeni rəhbərliyin qəbul etdiyi doğru qərar idi. Xodukinin yerinə Peter Neuştadterin gətiriləcəyi gündəmdədir. Amma onun da problemləri həll edəcəyinə, yaxud, etməyə cəhd göstərəcəyinə belə ümid yoxdur. Ötən ilin əvvəlində “Rəvan"dan qovulan alman indi “İnter"ə calaq olunur.

Qısası, ölkənin ən güclü uşaq futbol məktəblərindən birinə sahib olan “İnter"dəki qeyri-müəyyənliyin ağır fəsadları yavaş-yavaş üzə çıxmaqdadır. Məsələ burasındadır ki, klubun bir neçə yaş qrupu üzrə məşqçilərinə başqa klublardan təkliflər var. Yaxın vaxtlarda onlara yaradılan iş şəraiti yaxşılaşmasa, məvaciblər artırılmasa, bəzi məşqçilərin klubu “İnter”i edəcəyi şübhəsizdir. Artıq ilk həyəcan təbili çalınıb. Aşağı yaş qruplarından birinin məşqçisinin başqa klublan təklif alması vəziyyəti daha da gərginləşdirib. Məşqçinin, komandanın və təklif verən klubun adlarını bilərəkdən açıqlamırıq. Çünki bu halda əlavə problemlər ortaya çıxa bilər. Əslində ilk baxışdan burada qeyri-adi heç nə yoxdur. Klubdan ayrılmaq ehtimalı olan müəllim başqa məşqçi ilə əvəzlənə bilər və problem həllini tapar. Söhbət ondan gedir ki, həmin yaş qrupu komandanın futbolçularının valideynləri məşqçinin başqa kluba keçəcəyi təqdirdə "İnter"dən imtina edərək övladlarını onun yanına aparacaqlarını deyirlər.

Validyenlər artıq bu barədə həm məşqçiyə, həm də qarşı tərəfə fikirlərini bildiriblər. Dekabrda bir neçə uşağın müqaviləsinin müddəti başa çatdığından onların “İnter”i tərk edəcəyinidə hansısa problem görünmür. Müqaviləsinin müddəti başa çatmayanlar isə onu pozmaq hüququna malikdirlər. Çünki klub müqavilədə göstərilən və üzərinə düşən heç bir öhdəliyi, o cümlədən, futbolçuların forma ilə təmin olunmasını, yarışlara aparılmasını, tibbi baxışdan keçirilməsini və s. yerinə yetirməyib. Bundan başqa həm məşqçilər, həm də valideynlər yeni prezident Rəşad Qasımovdan onların problemləri ilə bir dəfə də olsun maraqlanmamasından narazıdırlar. Valideynlər son olaraq Rəşad müəllimlə görüşməyi planlaşdırırlar. Əgər onların tələbləri yerinə yetirilməsə, kütləvi ayrılmanın gerçəkləşəcəyi dəqiqdir. Bu halın başqa yaş qruplarında da təkrarlanacağı ehtimalı böyükdür.

Mənbə:  “Het-trik news” qəzeti



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail