Millimizin üzvü həvəskar komandaya keçdi

23.01.2016 | 2465 dəfə oxunub

“Rəvan”dan ayrılan Fərid Quliyevin yeni komandasının adına rəsmən aydınlıq gəlib. Stadium.Az xəbər evrir ki, 30 yaşlı hücumçu karyerasını Türkiyədə davam etdirəcək.

Azərbaycan yığmasının sabiq üzvü Türkiyənin həvəskarlar liqasında çıxış edən “Yozqatspor 1959” klubu ilə müqavilə imzalayıb. Razılaşmaya əsasən, Quliyev cari mövsümün sonuna qədər Yozqat təmsilçisinin formasını geyinəcək.

Həvəskarlar liqasında çempion olaraq, 3-cü liqaya yüksəlməyi hədəfləyən “Yozqatspor”un rəsmisi Ahmet Akgün bu transferin komandaya faydalı olacağını bildirib: “Azarkeşlərimizə söz vermişik ki, çempion olub, yuxarı liqaya yüksələcəyik. Transferlərə xüsusi fikir veririk. Əvvəllər Azərbaycan yığmasında oynamış Fərid Quliyevlə müqavilə bağladıq. Onunla uzun müddət danışdıqdan sonra razılığa gələ bildik”.

Transferi ilə bağlı Türkiyə mətbuatına danışan Fərid özünü göstərmək üçün var gücü ilə çalışacağını deyib: “Az da olsa, şəhəri görmək imkanım oldu. Gözəl yerdi. İnşallah, komandaya faydalı olaram. Gördüyüm qədərilə, çempion olmaq istəyirlər. Bu yolda onlara kömək olmaq üçün əlimdən gələni edəcəm. İnşallah, mövsümün sonunda 3-cü liqaya vəsiqə qazanacağıq”.

Azərbaycan yığmasında 1 qol vurmuş Fərid Quliyev "Rəvan"dan əvvəl "Bakı”, “Qarabağ”, “Standard”, “Neftçi” və “Sumqayıt” klublarının da formasını geyinib.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail