Orxan Sadıqlı: "Bu klubu ona görə seçdim ki, başqa komandada ehtiyatda oturmaq istəmirəm"

24.01.2016 | 3020 dəfə oxunub

"Xəzər Lənkəran"ın sabiq qapıçısı Orxan Sadıqlı özünə yeni klub tapıb. Stadium.Az xəbər verir ki, Sadıqlı bununla bağlı belə danışıb:

"Rəvan"la razılığa gəldim. Mövsümün sonunadək bu komandada çıxış edəcəyəm. Bu klubu ona görə seçdim ki, başqa komandada ehtiyatda oturmaq istəmirəm. Bu klubda isə sabit oynayacağam. Əlbəttə, pul da vacibdir. Lakin mən oynamaq istəyirəm. Ümid edirəm ki, "Rəvan"a faydam dəyəcək".

Sadıqlı "Xəzər Lənkəran" azarkeşlərinə də müraciət edib: "Xəzər Lənkəran" azarkeşlərinə dəstəyə görə təşəkkürümü bildirirəm. Allah eləsin ki, nə vaxtsa yenidən bu komandanın şərəfini qoruyum. Qoy həmişə öz komandalarını dəstəkləsinlər. Futbolçular gəldi-gedərdilər. "Xəzər Lənkəran"ı tərk etmək istəmirdim. Amma elə məsələlər var ki, onları nə mətbuat bilir, nə də azarkeşlər. Mən bu komandaya yenə qayıdacağam".



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail