"Qarlı havaya görə oynaya bilmədik"- Diniyev

26.01.2016 | 3104 dəfə oxunub

Mövsümün ikinci hissəsi üçün Bakıda hazırlıq keçən “Kəpəz” bu gün yoxlama oyunu ilə toplanışa yekun vurmalı idi. Amma Stadium.az xəbər verir ki, əlverişsiz hava şəraiti səbəbindən “Ağsu” ilə matç keçirilməyib.


Klub saytına açıqlama verən “sarı-göylər”in baş məşqçisi Şahin Diniyev görüşün keçirilməməsinin komandanın hazırlıq prosesinə təsir etməyəcəyini bildirib: “Təlim-məşq toplanışı dövründə bir neçə yoxlama oyunu keçirməyi planlaşdırmışdıq ki, rəqiblərimizdən də biri “Ağsu” komandası idi. Amma qarlı havaya görə oynaya bilmədik. Oyun olsaydı, daha yaxşı olardı. Bu, son olaraq əsas heyəti müəyyənləşdirməyə və futbolçulara yenidən baxmağa kömək edəcəkdi. Mənə elə gəlir ki, yoxlama matçının baş tutmaması bizim hazırlıq planı üçün problem olmayacaq. Hər halda ikitərəfli oyun keçirib, uşaqlara baxdıq. Çempionatın ikinci hissəsinin startına az vaxt qalıb. Sabahdan “Qəbələ” ilə görüşə hazırlığımızı davam etdirəcəyik”.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail