Cavid Hüseynova yenə güzəşt edilmədi

27.01.2016 | 2835 dəfə oxunub

Bu gün Səbail rayon Məhkəməsində jurnalist Rasim Əliyevin ölümü ilə bağlı cinayət işi çərcivəsində həbs edilən futbolçu Cavid Hüseynovun məhkəmə prosesi başlayıb.

 
Stadium.az xəbər verir ki, məhkəmə zalına heç bir jurnalist buraxılmayıb. Məhkəmə rəsmisi bildirib ki, hakim prosesə jurnalistləri buraxmır.


Cavid Hüseynovun vəkili Adəm Məmmədov prosesdə vəsatətlə çıxış edib. Vəsatətlərdən biri C.Hüseynovun barəsində seçilmiş həbs-qətimkan tədbirinin dəyişdirilməsi və ev dustaqlığı ilə əvəzlənməsi, digəri isə onun barəsində açılmış cinayət işinə Ağır Cinayətlər Məhkəməsindəki iş yekunlaşdıqdan sonra baxılması barədə olub. Hakim vəsatətlərin heç birini təmin etməyib. İş məhkəmə baxışına verilib. 

 
Vəkil Adəm Məmmədov jurnalistlərə açıqlamasında bildirib ki, tərəf olaraq Cavid Hüseynov da, valideynləri jurnalistlərin məhkəməyə buraxılmasını istəyir: "Onlar da prosesin ictimaiyyət nümayəndələri tərəfindən izlənməsini istəyirlər ki, işin yekunu ilə bağlı heç kimdə şübhə olmasın".

 
Növbəti proses fevralın 10-a təyin edilib. 

Cavid Hüseynovun adı jurnalist Rasim Əliyevin ölüm işində keçir. (Lent.az)



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail