Namiq Ələsgərov rəsmən "Kəpəz"də - FOTO

29.01.2016 | 2915 dəfə oxunub

Qış transfer pəncərəsi dövründə “Kəpəz”in əsas heyətinə bir futbolçu cəlb edilib. Stadium.Az xəbər verir ki, “Qarabağ”dan Namiq Ələsgərov icarəyə götürülüb.

Gənc yarımmüdafiəçi cari mövsümün sonuna kimi “sarı-göylər”in şərəfini qoruyacaq. Ələsgərov Gəncə klubunda 9 nömrəli formada çıxış edəcək.

Qeyd edək ki, 21 yaşlı futbolçu “Kəpəz”in Ağdam təmsilçisindən icarəyə götürdüyü üçüncü oyunçu olub. Belə ki, mövsümün əvvəlində Tərlan Quliyev və Şəhriyar Əliyev Gəncə klubuna keçib.

Əsas komanda ilə yanaşı, əvəzedici heyətə də bir futbolçu cəlb olunub. Mövsümün ilk yarısında “İnter”in əvəzedicilərində çıxış etmiş Qaraxan Əliyev “Kəpəz”ə keçib. Gəncə futbolunun yetirməsi ilə üç illik müqavilə bağlanıb.

“Kəpəz”in əsas heyətini isə bir futbolçu tərk edib. Qarşılıqlı razılıq əsasında Rəşad Eyyubov “Qəbələ”yə keçib. (klub saytı)



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail