İqor Mitreski: "Bilirdim ki, ermənilər məni təxribata çəkəcək"

14.10.2011 | 6258 dəfə oxunub

Futbol üzrə Makedoniya yığmasının və “Neftçi”nin müdafiəçisi İqor Mitreski  Premyer Liqanın 9-cu turunun “İnter”lə paytaxt derbisindən, eləcə də İrəvana səfərindən danışıb.
 
- “İnter”lə oyuna hazırlıqlarınız necə gedir?
- Yaxşı. Artıq hamı Premyer Liqanın oyununa hazırlaşmağa başlayıb. Flavinyo istisna olmaqla, hamı sıradadı. Fikrimcə, “bankirlər”lə oyuna kimi hamı hazır olacaq. Derbiyə həmişə ciddi hazırlaşmaq lazımdı.
 
- Qarşıdakı oyunlarınızı İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionunda keçirəcəksiz...
- Bunu normal qəbul etdik. Mən hələ Bakıxanovda oynamamışam. Amma uşaqların dediyinə görə, bu, bizim ev oyunlarımızın keçirildiyi stadiondu. Əsas odu ki, qazon yaxşı olsun. Bizi çətin oyun gözləyir. Yaxşı oynamaq və qazanmaq lazımdı.
 
- “İnter”in lider “Xəzər Lənkəran”ı məğlub edən yeganə komanda olması sizi qorxutmur?
- Xeyr. Lider nə vaxtsa uduzmalıydı. İstənilən halda, biz öz rəqiblərimizi həmişə ciddi qəbul edirik. Həmişəki kimi, yenə qələbəyə oynayacağıq. Özü də yaxşı forma yığmışıq. Niyə də qələbə qazanmağa davam etməyək? Əgər baş məşqçinin tapşırıqlarını düzgün həyata keçirsək, qələbə qazanacağıq.

- Makedoniya yığmasındakı karyeranızı niyə başa vurdunuz?
- Yaş artıq o yaş deyil. Daha çox sərbəst vaxt qazanmaq istəyirəm ki, ailəmə də həsr edim. Üstəgəl, “Neftçi”nin də oyunlarına sakit köklənə biləcəm. Yeri gəlmişkən, Slovakiya ilə son oyunda mənə futbolun inkişafındakı xidmətlərimə görə mükafat və 71 nömrəli futbolkanı hədiyyə etdilər. Çünki Makedoniya yığmasında məhz bu qədər oyun keçirmişəm.
 
- Yığmayla birgə İrəvana da getmişdiniz. Sizdən Azərbaycan haqda nəsə soruşdular?
- Bakı və Azərbaycan haqda soruşanlar olurdu. Bir neçə jurnalist məndən müsahibə almaq istəyirdi. Amma mən hamısından imtina etdim. Bilirdim ki, məni təxribata çəkəcəklər. Çoxlarına bu, xoş gəlməyə bilərdi. Oyuna gəlincə, mən meydana hesab 0:2 olanda çıxdım. Özü də həmin vaxt azlıqda oynayırdıq. Arzuolunmaz məğlubiyyət yaşadıq.

Azerisport.az



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail