“Kəpəz”: 1413 gündən sonra

01.02.2016 | 2530 dəfə oxunub

XIX turun “Qəbələ” ilə ev oyununda 3:0 hesabı ilə qalib gələn “Kəpəz” Premyer Liqanın 2015/16 mövsümündə ilk dəfə böyükhesablı qələbə qazanıb.

Stadium.az pfl-in saytına istinadən xəbər verir ki, Gəncə təmsilçisi sonuncu dəfə 2011/12 mövsümündə belə qalib gəlmişdi. “Kəpəz” həmin vaxt “Sumqayıt”ı məğlub etmişdi. 2012-ci martın 18-də baş tutan qarşılaşmada “Kəpəz” qonaqları 4:1 hesabı ilə üstələmişdi. Qərblilər növbəti belə uğuru 1413 gündən sonra əldə edib. Ümumiyyətlə, “Kəpəz” Azərbaycan çempionatları tarixində 3 və ya daha çox top fərqilə qazanılan qələbələrin sayında 2-ci göstəriciyə malikdir. Yalnız “Neftçi”dən (116) geri qalan gəncəlilər 92-ci dəfə 3 xalı böyükhesabıa qazanıb. 22-ci böyükhesablı məğlubiyyətini alan “Qəbələ” isə 419 gündən sonra belə yenilgi yaşayıb. Əyalət klubunun çempionatdakı son belə məğlubiyyəti 2014-cü il dekabrın 7-də “Xəzər Lənkəran”la səfər matçına təsadüf etmişdi.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail