"Komandanın uğurlu nəticələrə imza atması da bunun nəticəsidir"

09.02.2016 | 2395 dəfə oxunub

“Hələ öncədən matçın ağır olacağını bilirdik. Rəqib altı oyun idi ki, qol buraxmırdı və yaxşı nəticələr qazanırdı. Bu, onların gücündən xəbər verirdi”.

Stadium.az xəbər verir ki, bu sözləri “Kəpəz”in futbolçusu Şəhriyar Rəhimov klubun saytına Premyer Liqanın 20-ci turunda AZAL üzərində qələbəni (2:0) şərh edərkən deyib.

"Biz də uğurlu seriyamızın davamını gətirmək istəyirdik. Ona görə matça çox yaxşı köklənmişdik, motivasiyalı idik. Şükürlər olsun ki, qələbə qazanan tərəf biz olduq. Məncə, layiqli qələbə qazandıq. İlk yarıda yaratdığımız qol epizodlarından birindən istifadə etməyimiz komandanı qələbəyə yaxınlaşdırdı” - deyə o bildirib.

Rəhimov “Kəpəz”in çempionatın ikinci hissəsində uğur startı ilə bağlı da fikirlərini bölüşüb:

“Tək ayrı-ayrı futbolçular yox, bütün komanda yaxşı çıxış edir. Meydanda səylə mübarizə aparırıq. Bu da qış fasiləsi müddətində keçirdiyimiz təlim-məşq toplanışından irəli gəlir. Fasilədəki hazırlığın bəhrəsini görürük. Bəlkə də çoxları fikirləşir ki, Yevlaxda yaxşı şəraitdə hazırlaşmadıq. Elə deyil. Düşünürəm ki, orada etməli olduğumuz işin öhdəsindən gəldik. Bizə lazım olanı maksimum əldə etdik. Komandanın uğurlu nəticələrə imza atması da bunun nəticəsidir. Uğurlu çıxışımızı davam etdirməyə çalışacağıq”.  



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail