Budaq Nəsirov: " Ebahla diziüstə birlikdə əlimizi göyə qaldırmağınız Allaha dua etməyimizlə bağlı idi"

10.02.2016 | 3431 dəfə oxunub

“Kəpəz”in Azərbaycan Premyer Liqasının son turunda AZAL üzərindəki 2:0 hesablı qələbəsində rolu olan futbolçulardan biri də Budaq Nəsirovdur.

Stadium.Az xəbər verir ki, gənc yarımmüdafiəçi qələbəyə qol və məhsuldar ötürmə ilə töhvə verdi.

Klub saytına açıqlama verən Nəsirov bütün matçları yüksək səviyyədə keçirmək üçün meydanda var gücü ilə oynamağa çalışdığını söyləyib: “Hər oyuna ən yaxşılardan biri olmaq üçün çıxıram. Amma bunu son turda bacardım, qol vurdum və qol ötürməsi verdim. Bu, mənim üçün bir ilk idi. “Kəpəz”də qol hesabımı açdım, buna görə sevincliyəm. Davamını gətirməyə çalışacağam. Karyeram ərzində bir oyunda iki qol və ötürmə də vermişəm. U-17 və U-19 liqalarında, həmçinin aşağı yaş qrupları üzrə yığmalarda da belə oyunlarım olub. Ancaq ilk dəfə idi ki, peşəkar klubda bu cür fərqlənirdim”.

AZAL-a qarşı matçda Julien Ebaha assistentlik edən Budaq həm də komanda yoldaşının baxımlı qol vurmasına şərait yaratdı: “Əvvəlcə onu deyim ki, “Qəbələ” üzərindəki qələbədən sonra hamılıqla AZAL-la qarşılaşmada da üç xal qazanmağa çalışacağımızı söylədik. Bakı təmsilçisi ilə görüşə ciddi hazırlaşdığımızdan bizim üçün gözlədiyimiz qədər çətin olmadı. O ki, qaldı Ebahın fərqlənməyinə, o, yüksək səviyyəli hücumçudur. Bu cür qolları vurmağı bacarır. Yadınızdadırsa, “Rəvan”a vurduğu qol da yaxşı alınmışdı. Baş məşqçimiz Şahin Diniyev də yaxşı bilir komandaya necə hücumçu gətirmək lazımdır”.

Budaq mövcümün ikinci yarısının “Qəbələ” ilə start oyununda da kamerunlu futbolçuya məhsuldar ötürmə vermişdi. Nəsirovun reydi Ebahın hesabı açıması ilə nəticələnmişdi:

“Julienə və ya digər fərqlənən futbolçuya kimin ötürməsi verməsi, ümumiyyətlə, qolu kimin vurmasının əhəmiyyəti yoxdur. Əsas olan qələbə qazanmaqdır. AZAL-a vurduğum qoldan sonra qolun sevincini yaşayarkən Ebahla diziüstə birlikdə əlimizi göyə qaldırmağınız Allaha dua etməyimizlə bağlı idi. Ebah inanclı futbolçudur. Mən Gəncə klubunun heyətində ilk qolumu vurduğumuz üçün Allaha şükür etdim”.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail