“Ad günümü komanda yoldaşlarımla qeyd etdim"

11.02.2016 | 2978 dəfə oxunub

Fevralın ilk ongünlüyü “Qəbələ”nin iki futbolçusu üçün əlamətdar olub. Komandanın iki üzvü ardıcıl ad günlərini qeyd edib.

Stadium.Az xəbər verir ki, fevralın 9-da polşalı qapıçı David Pietrzkieviç 28 yaşını tamamlayıbsa, ötən gün Azərbaycan yığmasının müdafiəçisi Arif Daşdəmirov 29-cu ad gününü keçirib.

Əvvəllər də “qırmızı-qaralar”ın formasını geyinən, lakin komandadan ayrılan və 2015-ci ilin yayında yenidən “Qəbələ”yə  dönən oyunçular doğum günlərinə fərqli yanaşsa da, ortaq arzuya malikdirlər. Bu tarixi vətəndən kənarda qeyd etməsi adi hala çevrilən polşalı ad günündə arzu da tutduğunu və bu istəyini gabalafc.az-a açıqlayıb: 

“Ad günümü komanda yoldaşlarımla qeyd etdim. Ailəmin yanımda olmasa da, artıq buna da adət etmişəm. Axı ardıcıl 6-cı ad günümdür ki, evimdən uzaqda qeyd etməli oluram. Yadımdadır 2 il əvvəl də Qəbələdəydim. İstərdim ki, növbəti ad günlərimi də burada qeyd edim. Bu əlamətdar günlə bağlı əvvəlki illərdən qeyri-adi xatirəm qalmayıb. Hər dəfə eyni şəkildə keçirirəm. Həmin tarixdə meydana çıxdığımı da xatırlamıram. Amma iki il öncə ad günüm ərəfəsində səfərdə “Sumqayıt”la qarşılaşdıq. Yadımdadır ki, 3:0 hesabı ilə qalib gəldiyimiz matçda qapımızı da toxunulmaz saxladım. İndi isə doğum günündən sonra bu rəqiblə oynayacağıq. Yenə eyni hesabla qalib gəlməyimizi istərdim. Dünən isə ürəyimdə ad günü arzusu tutdum ki, mövsümü çempion kimi başa vuraq”.

Ad günündə Topaz Premyer Liqasının qızıl medallarını qazanmağı arzulayan qapıçı bu istəyin gerçəkləşməsi üçün mübarizə aparacaqlarını bildirib: “Komandamızın çıxışına gəlincə, hazırda qərarlaşdığımız mövqe bizə uyğun deyil. “Qəbələ” Azərbaycanın ən yaxşı komandalarındandır. Biz də çempionluq uğrunda mübarizə aparırıq. Baxmayaraq ki, liderlə xal fərqimiz var. Bunu aradan qaldırmaq mümkündür. Qarşıda vacib qarşılaşmalar var ki, onlar da qalib gəlməklə arzumu gerçəkləşdirməyə yaxın olacağıq. Müqaviləm bu ilin yayında bitsə də, “Qəbələ”də qalmaq istəyirəm. Növbəti ad günlərimi də burada qeyd etmək istərdim”.

Daşdəmirov ad gününə böyük önəm verməsə də, komanda yoldaşının arzusuna şərikdir. O da “Qəbələ”nin 1-ci yer uğrunda mübarizə aparacağını açıqlayıb: “Mövsümün ikinci yarısına iki səfər oyunu ilə başladıq. Gəncədəki ilk matçımız uğursuz alınsa da, “İnter”lə qarşılaşmada toparlana bildik. Həmin qarşılaşmada bacarığımızı nümayiş etdirib, vacib qələbə qazandıq. “İnter” zəif komanda deyil. Bu rəqibi məğlub etmək asan olmadı. Amma bunu bacardıq. Şadam ki, 3 xal qazanmaqla azarkeşlərimizi sevindirə bildik. Qarşıda “Sumqayıt”la görüş var. Necə olacağını söyləmək çətindir. Lakin bütün gücümüzü meydanda qoyacağıq ki, yenə qələbə qazanaq. Çünki çox xal itirmişik. Amma artıq komandamız çətinlikləri arxada qoyur. Bu üzdən artıq xal itirməməliyik. Əvvəlki xal itkilərinə baxmayaraq, hədəfimiz dəyişmir. Çempionluq uğrunda mübarizə aparacağıq. Düzdür, liderlə xal fərqini aradan qaldırmaq çətin olacaq. Ancaq hələ qarşıda 16 tur var, bu oyunlar çox dəyişikliyə səbəb ola bilər. Biz də 1-ci yer üçün mübarizəni davam etdirəcəyik”.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail