"Bakı"nın vitse-prezidenti Rövnəq Abdullayevə məktub yazıb

11.02.2016 | 4337 dəfə oxunub

“Bakı” AFFA prezidenti Rövnəq Abdullayevə müraciət edib.

Stadium.Az xəbər verir ki, bu haqda klubun vitse-prezidenti Yaşar Seyidov məlumat verib.

O, ilk öncə “Bakı”nın akademiyasının geridə qalan illər ərzindəki fəaliyyətini dəyərləndirib: “Bakı” Futbol Klubunun akademiyası 2008-ci ildən fəaliyyət göstərir. Ölkə başçısı İlham Əliyev cənablarının imzaladığı “2005-2015-ci illərdə Azərbaycan Respublikasında futbolun inkişafına dair dövlət proqramı”nın icrası məqsədilə “Bakı” Futbol Klubu Binəqədi rayonu Biləcəri qəsəbəsində təlim-məşq bazası və Futbol Akademiyası inşa etdirib. 2011-ci ilin sentyabrında prezident İlham Əliyev “Bakı” klubunun təlim-məşq bazasının açılışını edərək, görülən işlərə yüksək qiymət verib və bütün futbol klublarına belə təlim-məşq bazasının inşa edilməsini tövsiyə edib.

Hazırda illərlə yaradılmış mükəmməl strukturun köməyi, yüksək ixtisaslı məşqçi və texniki heyətin, həmçinin məqsədyönlü aparılmış seleksiya işlərinin nəticəsidir ki, 300 gənc və perspektiv vəd edən futbolçu “Bakı” klubunun akademiyasında futbolun sirlərinə yiyələnir. Bu gün Azərbaycanın müxtəlif yaş qrupu üzrə milli komandalarında “Bakı”nın 35 yetirməsi çıxış edir. Klubumuzun adı “Bakı”dı, paytaxtı təmsil edir. Amma biz simvolik olaraq, ölkəmizin demək olar ki, bütün şəhər və rayonlarından perspektivli gəncləri akademiyamıza cəlb etmişik”.

Yaşar Seyidov bildirib ki, 8 ildir Azərbaycan futboluna xidmət edən “Bakı” klubunun akademiyası hazırda maddi çətinliklər yaşayır: “Bakı” futbol klubu ölkə futbolu adına, Azərbaycanın beynəlxalq arenada yüksək səviyyəsində təmsil olunması üçün xeyli oyunçu yetişdirib. Bu gün futbolumuzda müəyyən maliyyə çətinlikləri var. “Bakı” klubu da bu prosesdən kənarda qalmır. Akademiyanın yetirmələrinin məşq etməsində, qidalanmasında, çempionat oyunlarında iştirakında maddi vəsaitə ehtiyac duyuruq. Uzun müddətdir ki, bütün bu çətinliklərə sinə gəlirik. Amma son zamanlar vəziyyət həddən artıq çətinləşib. Ona görə də AFFA prezidenti Rövnəq Abdullayevə müraciət etmək qərarına gəldik. Çətinliklərlə əlaqədar olaraq AFFA prezidentinin bizə yardım edəcəyini inanırıq”.

“Rövnəq Abdullayevə göndərdiyiniz məktub artıq qəbul olunubmu” sualını “Bakı” rəsmisi belə cavablandırıb: “Bəli, məktub artıq qəbul olunub. Hazırda AFFA-yla yanaşı, digər qurumlarla da danışıqlar aparırıq. Futbolumuzun inkişafını istəyən dövlət adamlarına da müraciət edəcəyik. Vəziyyət bu cür davam edə bilməz. Bu yaxınlarda hörmətli millət vəkilimiz Fazil Mustafa da çox gözəl qeyd etdi ki, 300 uşağın taleyinə laqeyd yanaşmaq olmaz. Biz AFFA prezidentinə müraciət etmişik və hazırda qarşı tərəfdən cavab gözləyirik. Müraciətə böyük ümidimlə yanaşırıq. İnanırıq ki, Rövnəq Abdullayev lazımi tədbirlər görəcək. Düşünmürəm ki, 300 futbolçunun taleyi həll olunan bir məqamda AFFA öz sözünü deməsin”. (futbolxeber)




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail