Rəşad Sadıqov AZAL-ın futbolçusunun müalicəsi üçün pul yığdı

11.02.2016 | 3653 dəfə oxunub

Ötən ilin yayında “Neftçala”dan AZAL-a keçən Rüfət Musayevdə xərçəng xəstəliyi aşkarlanıb.

Stadium.Az xəbər verir ki, müdafiəçinin sağ əlinin dirsək nahiyəsində şiş yaranıb. İki aydır, ağrılar hiss edən futbolçu Onkoloji Dispanserdə müayinədən keçib.

Rüfət Musayev hazırda ev şəraitində müalicə olunur. Bir müddət belə davam edəcək. O, artıq iki kimyaterapiyaya məruz qalıb. Nə vaxt yaşıl meydanlara dönəcəyi hələ naməlumdur. Həkimlər tələsməməyi məsləhət görürlər.

Sportinfo.az-ın məlumatına görə, AZAL futbolçusuna maliyyə yardımı edib. Sevindirici haldır ki, yardımsevərlərin siyahısı “təyyarəçilər”lə məhdudlaşmır. “Neftçi”, “Qəbələ”, “Qaradağ Lökbatan” və “Neftçala” aksiyaya qoşulublar. “Qarabağ” da dəstək kampaniyasından kənar qalmayıb.

Kapitan Rəşad Sadıqovun təşəbbüsü ilə Ağdam klubunun futbolçuları 3200 manat toplayaraq, Musayevin ailəsinə göndəriblər. Kapitan isə bundan əlavə, iki dəfə Rüfətə kömək əlini uzadıb.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail