Məşqçilər Komitəsi "AZAL Arenada" 1 saat AZALı-ı müzakirə edib FOTOLAR

12.02.2016 | 4202 dəfə oxunub

AFFA-nın Məşqçilər Komitəsinin üzvləri bu gün AZAL-ın düşərgəsinə baş çəkiblər.

Stadium.Az xəbər verir ki, Vaqif Sadıqov, Agasəlim Mircavadov, Şakir Qəribov və Böyükaga Hacıyevdən ibarət məşqçi heyəti “AZAL-Arena”ya gələrək əsas komandanın məşqini izləyiblər.

Məşqdən sonra AZAL-ın vitse-prezidenti Elşad Babayev və baş məşqçisi Tərlan Əhmədovla görüşən qonaqlar təxminən 1 saat ərzində həm klub, həm də ölkə futbolu ilə baglı bir sıra mövzuları müzakirə ediblər. Məşqçilər Komitəsinin sədri Vaqif Sadıqov ilk görüşü AZAL-da keçirdiklərini bildirərək bütün klublara baş çəkəcəklərini qeyd edib: "Əsas məqsədimiz klublarda çalışan həmkarlamızı dinləmək, problemlərini öyrənməkdir. İstəyirik ki, hamı dərdini deyə bilsin, birlikdə bütün çətinlikləri aradan qaldıraq. Biz istənilən məsələnin həllində öz köməyimizi göstərməyə hazırıq. Əsas məqsədimiz AFFA ilə klublar arasında qarşılıqlı əlaqəni qurmaq və mütəxəssislər arasında həmrəylik yaratmaqdır. Bu mənada ilk səfərimizi AZAL-a etdik. Son vaxtlar klubunuzun çıxışı bizdə ancaq xoş hisslər dogurur. Perspektivli və bacarıqlı futbolçulardan ibarət mübariz kollektiv yaradılıb. Burada bir çox yığmalarda oynayan oyunçular var. Onları daim diqqət mərkəzində saxlayırıq".

Daha sonra baş məşqçi Tərlan Əhmədov çıxış edib və həmkarlarına komandada görülən işlərlə baglı məlumat verib. Əhmədov klubun strategiyasından danışaraq ehtiyat qüvvənin hazırlanmasına toxunub: "Uşaq futbol komandalarımızda xeyli istedadlı yeniyetmələr var. Biz onları diqqət mərkəzində saxlayırıq. Bu gün potensialı olan istənilən futbolçuya əsas komadanın qapıları açıqdır. Bizimlə mütəmadi məşqlərə cəlb olunan yeniyetmlər var. Milli komandaların məşqçiləri ilə daim ünsiyyətdəyik. Layiqli namizədimiz olanda onlara öz fikirlərimizi çatdırırıq. Rəhbərlik ehtiyat qüvvənin hazırlanmasında və gələcəkdə öz yetirmələrimizdən ibarət komandanın qurulmasında maraqlıdır. Bu sahədə olan təşkilati problemlər yavaş-yavaş aradan qaldırılır".

Məşqçilər Komitəsinin üzvləri Agasılim Mircavadov, Şakir Qəribov da öz fikirlərini bölüşüblər və onlar da AZAL haqda xoş sözlər söyləyərək müzakirəyə qoşulublar. Nəticədə AZAL-ın nümayəndələri uşaq futbolu və məşqçilərin attestasiyası haqda bir neçə təklif irəli sürərək onların AFFA-nın müvafiq qurumlarına çatdırılmasını xahiş ediblər. (klub saytı)











Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail