Prosineçki:"Millinin oyunları Gəncədə baş tutsa, daha çox azarkeş gələr"

16.02.2016 | 2881 dəfə oxunub

Topaz Premyer Liqasının XXI çərçivəsində keçirilən “Kəpəz” – “Qarabağ” matçını yığma komandanın baş məşqçisi Robert Prosineçki də izləyib. Prosineçkini Nizami yurduna ilk səfərində köməkçisi, Gəncə futbolunun yetirməsi Mahmud Qurbanov müşayət edib.

 

Stadium.Az xəbər verir ki, matçdan sonra millinin baş məşqçisi kapazpfc.az saytının suallarını cavablandırıb. Xorvatiyalı çalışdırıcı öncə Gəncə klubunun çempionatdakı çıxışına münasibət bildirib: ““Kəpəz” cari mövsümdə çox yaxşı təsir bağışlayır, uğurlu nəticələr qazanır. Belə çıxış bizim diqqətimizi çəkməyə bilməz. Bu komandada yaxından izlədiyim oyunçular var. Onlardan bəzilərini ötən il millinin heyətinə cəlb etmişdim. İndi də yığmada görmək istədiyim futbolçular var. Hələlik onların adını çəkmək istəmirəm. Çünki bu haqda danışmaq bir qədər tezdi. Zamanı gələndə heyəti açıqlayacağıq və onda adlar məlum olacaq”.

 

 “Qarabağ”la oyunda qol vuran Namiq Ələsgərovun çıxışı Prosineçkini ürəyincə olub. Yarımmüdafiəçinin oyununu yüksək qiymətləndirən çalışdırıcı millinin qapılarının onun üzünə açıq olduğunu deyib: "Meydanda olan milli üzvlərindən razı qaldım. Bu mənada Namiqi ayrıca qeyd etmək istərdim. Bilirsiz ki, ötən il bu futbolçunu Maltaya qarşı oyunda milliyə dəvət etmişdim. Təəssüflər olsun ki, həmin görüşdə ağır zədələndi və bir neçə ay idi ki, futboldan kənarda qalmışdı. Çox xoşdur ki, uzun fasilədən sonra Namiq yaxşı formada meydançaya qayıdıb. Mən buna ancaq sevinirəm. Bu cür çıxışını davam etdirsə və zədə ilə bağlı çətinliyi olmasa, onu gələn ay Türkiyədə keçiriləcək təlim-məşq toplanışına çağıracağam”.

 

Azərbaycan yığma komandasının baş məşqçisi Gəncədə azarkeş çoxluğundan razılıqla bəhs edib. Prosineçki “Kəpəz” fanatlarının möhtəşəm olduğunu vurğulayıb: “Mən Gəncədə çılğın və böyük azarkeş ordusu gördüm. Onların komandaya böyük dəstək verməsi və ümumiyyətlə, stadiona bu qədər fanatın gəlməsi çox sevindicidir. İnanıram ki, millinin oyunları bu stadionda baş tutsa, görüşləri izləmək üçün daha çox azarkeş gələcək. Bu qədər azarkeş onu göstərir ki, Gəncədə insanlar futbolu çox sevirlər".



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail