Kərim Diniyev: "İnter“lə oyun 6 xallıq əhəmiyyət daşıyır"

18.02.2016 | 2515 dəfə oxunub

"Bizi olduqca çətin görüşün gözlədiyini dərk edirik. Çünki “İnter” ilə bir xal fərqimiz var. Turnir cədvəlində qonşu pillələrdə yer almışıq".
Stadium.Az xəbər verir ki, bu sözləri “Kəpəz”in futbolçusu Kərim Diniyev klubun saytına deyib.

O, Azərbaycan Premyer Liqanın XXII turunda qarşılaşacaqları “İnter” ilə oyun haqda danışıb:

“Qarşıdakı oyun 6 xallıq əhəmiyyət daşıyır. Qalib gələn tərəf üç xal qazanmaqla yanaşı, rəqibindən bir qədər aralanaraq üstünlük əldə edəcək. Bunu yaxşı anlayırıq. Ona görə bizim üçün vacib görüş olacaq. Ciddi hazırlaşmışıq, hədəfimiz qələbədir”.
 
Kərim Diniyev komandasının sonuncu turda “Qarabağ” məğlubiyyətinə də toxunub. Dayaq yarımmüdafiəçisi şanssız şəkildə uduzmaqlarının düşərgədə ruh düşkünlüyünə səbəb olmadığını, əksinə futbolçulara əlavə motivasiya verdiyini bildirib:

“Buraxdığımız sonuncu qol kuryoz alındı. Bu məğlubiyyət bizi ruhdan salmayıb, əhval-ruhiyyəmiz yerindədir. Hər şey plan üzrə gedir. Uduzmağımız bizi “İnter” ilə matçda daha diqqətli oynamağa məcbur edir. Başa düşürük ki, evdəki məğlubiyyəti səfərdə uğurlu nəticə qazanmaqla sığortalaya bilərik. Bunun üçün bütün gücümüzü meydanda qoyacağıq. Başqa yolumuz yoxdur”.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail