"Rəvan"ın kapitanını "Bandotdel" həbs edib?

18.02.2016 | 3378 dəfə oxunub

Azərbaycanda daha bir idmançı Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin ("Bandotdel") əməkdaşları tərəfindən tutulub. Stadium.Az xəbər verir ki, söhbət "Rəvan"ın kapitanı Ramazan Abbasovdan gedir. 

Amma təcrübəli yarımmüdafiəçinin özü həmin idarəyə deyil, Dövlət Yol Polisi tərəfindən saxlanıldığını bildirib. O, elə qəzetə açıqlamasında çoxlu sayda ödənilməyən cərimələrini səbəb göstərib: "Mənim Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində nə işim var? Sadəcə, fevralın 18-də Dövlət Yol Polisinin əməkdaşları avtomobilimi cərimə meydançasına aparıblar. Səbəb çoxlu sayda ödənilməyən cərimələr olub. Axşam saatlarında ordan-burdan pul tapıb cərimələri ödədikdən sonra maşını geri qaytardım. Cərimələrdən xəbərsiz olduğumdan, ödəməli olduğum məbləğ çox idi. Buna görə maşınım axtarışa verilmişdi".

Abbasov cərimələri qeydiyyatda olduğu və yaşadığı ünvanların fərqli olması ilə əlaqədar cərimələrdən xəbər tuta bilmədiyini əlavə edib. Onun sözlərinə görə, cərimələrlə bağlı məktubları Dövlət Yol Polisi qeydiyyatda olduğu ünvana göndərib: "Mənimsə bundan xəbərim olmayıb. Bilsəydim, vaxtında ödəyərdim". 

Ramazan Abbasovun çıxış etdiyi "Rəvan"da bir müddətdir əmək haqqı ödənişi ilə bağlı problemlər var.("Futbol+")



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail