"Qəbələ"dən 10 qələbə

19.02.2016 | 2811 dəfə oxunub

“Qəbələ”nin aşağı yaş qrupları üzrə komandaları AFFA-nın təşkilatçılığı ilə keçirilən yarışlarda növbəti oyunlarına çıxıb.

Stadium.az xəbər verir ki, akademiyanın yetirmələri son 11 matçdan onunda qələbə əldə edib. II dövrəyə “Qarabağ” üzərindəki səfər qələbəsi (3:0) ilə başlayan U-19 xal hesabını 31-ə çatdırıb. 12 oyun keçirən komandamız turnir cədvəlinin 2-ci pilləsində qərarlaşsa da, 1 xal geridə qaldığı liderlə müqayisədə bir matç az keçirib. Səfərdə “Kəpəz”in qapısından 3 cavabsız qol keçirən U-17 15 oyunda 40 xal toplayaraq, 2-ci pillədə qərarlaşıb. 2 oyun az keçirən “qırmızı-qaralar” çempionatın potensial lideridir. 


“Qarabağ”ı evdə 2:1 hesabı ilə yenən U-16 ardıcıl 17-ci qələbəsini əldə edib. Hesabında 51 xal olan komandamız 100 faizlik nəticə ilə yarışın lideridir. Xal itirməyən U-15 isə ardıcıl qələbə sayını 24-ə çatdırıb. “Neftçi” İK İB ilə ev oyununda 3:0 hesabı ilə qalib gəldikdən sonra “qırmızı-qaralar”ın xal hesabı 72-yə çatıb.
Paytaxt regionunun Bakı zonasında mübarizə aparan U-13 komandamız ilin ilk matçında “Rəvan”a 8 cavabsız qol vurub. 10 matçda 21 xal toplayan “qırmızı-qaralar” 3-cü pillədə qərarlaşıb.


Şimal-Qərb və Qarabağ regionunun Qəbələ zonasında çıxış edən U-12 komandamız Yevlax UGİM-ini 8:0 hesabı ilə məğlub edib. “Qəbələ” 11 oyundan sonra 31 xal toplayaraq 1-ci pillədə yer alıb. Eyni zonada çıxış edən U-11 “Daşqın”ı böyük hesabla yenib – 9:1. “Qırmızı-qaralar” 11 turdan sonra 100 faizlik nəticə ilə 1-ci pillədə qərarlaşıb. Ardıcıl 12-ci qələbəsini qazanan U-10 Şəki UGİM-ini 7:0 hesabı ilə məğlub edib. Komandamız Şimal-Qərb və Qarabağ regionunun Qəbələ zonasının lideridir.


U-19 Qızlar Liqasında çıxış edən komandamız XII turun matçında “Fidan”a uduzub – 2:5. Hesabında 14 xal olan “Qəbələ” 5-ci pillədə qərarlaşıb.


“Bakcell U-14 Elit kuboku”nun qrup mərhələsini 1-ci pillədə başa vuran “Qəbələ” növbəti iki mərhələdə də çətinlik yaşamayıb. 1/4 finalda Şimal-Qərb Elit yığmasını 7:1, yarımfinalda isə “Neftçi” PFK-nı 3:2 hesabı ilə məğlub edən komandamız həlledici oyuna vəsiqə qazanıb. “Qırmızı-qaralar” fevralın 23-də keçiriləcək final matçında “İnter”lə üz-üzə gələcək.

 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail