Rəşad Sadıqov: "Gəlib, burada pul, şərait, görüb qudurublar"

17.10.2011 | 6202 dəfə oxunub

«Qarabağ» klubunun müdafiəiçisi Rəşad Sadıqov dünən «Rəvan»a qarşı keçirilən oyunda rəqibin braziliyalı futbolçusu Reis Klaudineinin Ağdam klubunu və onun azarkeşlərini təhqir etməsinə münasibət bildirib.

Qeyd edək ki, Klaudinei "Rəvan" qol vurduqdan sonra «Qarabağ»lı azarkeşlərin oturduğu sektorun önündə onlara qarşı söyüş işlədib.

Stadium.az xəbər verir ki, Sadıqov deyib ki, həmin zaman futbolçunun əxlaqsız ifadələrini eşitməyib: «Elə yaxşı ki, eşitməmişəm.Yoxsa, bilmirəm, əlimdən nə çıxardı».

R.Sadıqov bəzi legionerlər barədə lazımi ölçü götürülməsinin vaxtının gəlib çıxdığını söyləyib: «Özlərini yuxarıdan aparan bəzi legionerlər Azərbaycana gəlməzdən əvvəl kim olduqlarını, nə qədər pul qazandıqlarını unutmasınlar. Gəlib, burada pul, şərait, görüblər deyə, qudurublar. Yaşadıqları ölkənin xalqına, dövlətinə hörmətlə yanaşsınlar. Söhbət təkcə “Qarabağ”dan deyil, digər klublarımıza da qarşı münasibətdən gedir».

R.Sadıqov Reis Klaudineinin cəzalandırılmasının vacibliyini qeyd edib. «O cəzalanmasa, belə hallar təkrarlanacaq. Həmin futbolçunun hünəri var, o söyüşü meydançadan kənarda işlətsin. Görsün, başına nə oyun gətirərlər. Bilir ki, meydançada bu ifadəni işlətdiyi üçün əl qolumuz bağlıdır, ona heç nə edə bilməyəcəyik. Meydançada hamısı şirə dönür. Hər bir futbolçunun etikası olmalıdır. Bura gəlib bu dövlətin pulun yeyirlər, hələ təhqir də edirlər. Onsuz da onların məqsədi burada pul qazanmaqdır. Nə futbolumuzu sevirlər, nə də Azərbaycanımızı. Heç olmasa, Azərbaycanda yaşadıqları üçün ona hörmətlə yanaşsınlar. Sözüm həm legionerlərə aiddir, həm də yerlilərə. Özlərini meydanda adam kimi aparsınlar. Söyüş söymək əxlaqsızlıq və tərbiyəsizlikdir» - deyə R.Sadıqov bildirib. 

Qol.Az




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail