Cahangir Hacıyevə yenə "yox" deyildi

20.02.2016 | 2267 dəfə oxunub

Bu gün Səbail Rayon Məhkəməsində Azərbaycan Beynəlxalq Bankı İdarə Heyətinin həbsdə olan sabiq sədri, "İnter"in nsahibi Cahangir Hacıyevin Baş Prokurorluğun qərarının mübahisələndirilməsi ilə bağlı verdiyi müraciətə baxılıb. 

Stadium.Az xəbər verir ki, bu barədə Trend-ə C.Hacıyevin vəkili Aqil Layicov məlumat verib.

Vəkil bildirib ki, prosesdə hakim C.Hacıyevin istintaq hərəkətləri ilə saxlanılması barədə bəzi sənədlərin məhkəməyə təqdim edilməsi barədə Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə sorğu göndərilisə də, adı çəkilən qurumun məhkəməyə sənəd təqdim etmədiyini bildirib. Bu məqsədlə də iş üzrə məhkəmənin növbəti prosesi martın 4-nə təyin edilib.

C.Hacıyev Baş Prokurorluğun qərarı əsasında istintaq hərəkətləri ilə əlaqədar ötən il dekabrın 30-dan bu il yanvarın 21-dək saxlanıldığı 1 saylı Bakı İstintaq Təcridxanasından Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə köçürülüb. C.Hacıyev isə qərarı mübahisələndirib və Səbail Rayon Məhkəməsinə müraciət edib.

Hacıyev Cinayət Məcəlləsinin 179.3.2 (külli-miqdarda mənimsəmə), 308.2 (Vəzifə səlahiyyətlərindən sui-istifadə; ağır nəticələrə səbəb olduqda), 178 (dələduzluq), 178.3.2 (külli miqdarda ziyan vurmaqla törədildikdə), 179 (Mənimsəmə və ya israf etmə), 179.2.3. (şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə), 309 (Vəzifə səlahiyyətlərini aşma) və 312-ci (Rüşvət vermə (aktiv rüşvətxorluq) maddələri ilə ittiham olunaraq barəsində Nərimanov rayon Məhkəməsinin qərarı ilə 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

30.05.2020

21:35  Depay sağalıb

29.05.2020

28.05.2020

27.05.2020

26.05.2020

24.05.2020

   
  O Q H M T-f X
1. Qarabağ 17 11 5 1 31-7 38  
2. Neftçi 16 7 6 3 23-12 27  
3. Keşlə 16 7 5 4 20-14 26  
4. Sumqayıt 17 6 4 7 21-23 22  
5. Zirə 17 5 5 7 20-29 20  
6. Sabah 17 5 4 8 19-23 19  
7. Səbail 17 5 3 9 14-26 18  
8. Qəbələ 17 3 4 10 18-32 13  
08.02Qarabağ 0-0Neftçi
08.02Sumqayıt 1-0Zirə
07.02Sabah 3-2Qəbələ
07.02Keşlə 0-1Səbail
15.02Zirə -Qarabağ
15.02Sumqayıt -Sabah
16.02Neftçi -Keşlə
16.02Səbail -Qəbələ