Reynaldonun zədəsi "Qarabağ"a 3 milyon avro zərər verib

20.02.2016 | 2490 dəfə oxunub

Çin klublarının maliyyə imkanlarının yüksəlməsi transfer bazarındakı fəallıqla müşaiyət olunur. Stadium.az  "sport7.az"a istinadən xəbər verir ki, "Qarabağ"ın qol silahı Reynaldo da Gündoğar ölkə təmsilçilərinin hədəfinə düşüb.

"Beijinq Enterprises” klubu braziliyalının xidmətində maraqlı olub. Bunun üçün Azərbaycan çempionuna rəsmi təklif də göndərilib. 

Çinlilərin 18 yanvar 2016-cı il tarixində təklif etdiyi məbləğ Azərbaycan futbolu üçün fantastik hesab edilə bilər. Asiyalılar Reynaldonu heyətinə qataq üçün "Qarabağ”a 3 milyon avro ödəməyə hazırlaşırmış. Reynaldo adıçəkilən klubda hər ili üçün 1 milyon 200 min avro məvacib ala bilərdi. Çinlilər aparıcı futbolçu ilə 2+1 illik sözləşmə bağlamaq niyyətində olub. Ancaq zədəli olan Reynaldo tibbi baxışdan uğurla keçə bilməyib. Onun zədəli olması "Qarabağ”ı 3 milyon avrodan edib.

"Beijinq Enterprises”in Reynaldo sevdası baş tutmadıqdan sonra, onlar "Bordeaux” klubuuna müraciət ediblər. Alternativ variant kimi, eyni şərtlərlə fransızların qolçusu Şeyx Diabateyə təklif irəli sürülüb. Ancaq "Bordeaux” futbolçunu satmaqdan imtina edib.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

29.05.2020

28.05.2020

27.05.2020

26.05.2020

24.05.2020

12:34  Günün oyunlarına necə baxaq? - TV AFİŞA

22.05.2020

   
  O Q H M T-f X
1. Qarabağ 17 11 5 1 31-7 38  
2. Neftçi 16 7 6 3 23-12 27  
3. Keşlə 16 7 5 4 20-14 26  
4. Sumqayıt 17 6 4 7 21-23 22  
5. Zirə 17 5 5 7 20-29 20  
6. Sabah 17 5 4 8 19-23 19  
7. Səbail 17 5 3 9 14-26 18  
8. Qəbələ 17 3 4 10 18-32 13  
08.02Qarabağ 0-0Neftçi
08.02Sumqayıt 1-0Zirə
07.02Sabah 3-2Qəbələ
07.02Keşlə 0-1Səbail
15.02Zirə -Qarabağ
15.02Sumqayıt -Sabah
16.02Neftçi -Keşlə
16.02Səbail -Qəbələ