Əsgər Abdullayev: "...ona uyğun hərəkət etməyənlər də cəzalanır"

20.02.2016 | 1809 dəfə oxunub

“Neftçi” bu gün Azərbaycan Premyer Liqasının 22-ci turunda səfərdə “Qarabağ”a iki cavabsız qolla məğlub oldu. Stadium.Az xəbər verir ki, oyundan sonra “Neftçi”nin baş məşqçisi Əsgər Abdullayev oyun haqda belə danışdı:

- Erkən qol buraxmağımız oyuna böyük təsir göstərdi. Bu gün futbolçularımız fərdi oyuna üstünlük verirlər, nəinki komanda oyununa. Mən də bunu heç vaxt bəyənməmişəm, bəyənmirəm də. Mən tapşırmışam ki, müdafiədə diqqətli oynasınlar, amma onlar bunu anlamırlar.

- Oyunda erkən əvəzləmə etdiz…

- Fəhmin oyuna yaxşı qoşula bilmədi. Həm də cinahı bağlamaq lazımdı. Elşən topla daha yaxşı oynadığı üçün onu oyuna atdım.

- Növbəti oyunda Kanalesi meydanda görə bilərik?

- Bizim hücumçu problemimiz var. Kanales də hazır olan kimi onu meydana buraxacağıq. Kanalesə ehtiyacımız var.

- Demək olar ki, komandada intizamsızlıq var? Bir də sözünüzə baxmayanları cəzalandırırsız?

- Bizdə sol cinah müdafiəçisi problem var. Daha doğrusu ondan istədiklərimizi ala bilmirik. Komandada kodeks var, ona uyğun hərəkət etməyənlər də cəzalanır.

- Ruslan Qurbanov çox “artıq” hərəkətlər edir. Düşünmürsüz ki, onu cəzalandırmasaz bu, qarşıdakı oyunlarda sizğ baha başa gələcək?

- Bu barədə ölçü götürülüb.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

29.05.2020

28.05.2020

27.05.2020

26.05.2020

24.05.2020

12:34  Günün oyunlarına necə baxaq? - TV AFİŞA

22.05.2020

   
  O Q H M T-f X
1. Qarabağ 17 11 5 1 31-7 38  
2. Neftçi 16 7 6 3 23-12 27  
3. Keşlə 16 7 5 4 20-14 26  
4. Sumqayıt 17 6 4 7 21-23 22  
5. Zirə 17 5 5 7 20-29 20  
6. Sabah 17 5 4 8 19-23 19  
7. Səbail 17 5 3 9 14-26 18  
8. Qəbələ 17 3 4 10 18-32 13  
08.02Qarabağ 0-0Neftçi
08.02Sumqayıt 1-0Zirə
07.02Sabah 3-2Qəbələ
07.02Keşlə 0-1Səbail
15.02Zirə -Qarabağ
15.02Sumqayıt -Sabah
16.02Neftçi -Keşlə
16.02Səbail -Qəbələ