Cüdoçumuzdan Almaniyada gümüş medal

20.02.2016 | 1352 dəfə oxunub

Almaniyanın Düsseldorf şəhərində cüdo üzrə beynəlxalq Qran-Pri turniri davam edir. Stadium.Az xəbər verir ki, yarışın ikinci günü Azərbaycan milli komandası üçün uğurlu olub.

Belə ki, millimiz aktivinə mötəbər turnirin ilk medalını yazıdırıb. 73 kq çəki dərəcəsində çıxış edən Rüstəm Orucov ikinci pilləni tutub.

Cüdoçumuz finala gedən yolda belaruslu Aleksey Ramançuk, qazaxıstanlı Didar Həmzə, monqolustanlı Xadbatar Naranxu üzərində qələbə qazanıb.

Rüstəm yarimfinalda Gürcüstan cüdoçusu, London olimpiadasinin qalibi Laşa Şavdatuaşvilini məğlub edib. Lakin həlledici görüşdə Yaponiya təmsilçisi, dünya çempionu Şoşei Onoya uduzan Orucov Qran-Prinin gümüş medalını qazanıb.

Digər cüdoçularımız – Əbdülhəq Rəsullu və Rüstəm Alimli isə (hər ikisi 81 kq) mübarizəni erkən dayandırıblar.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

30.05.2020

21:35  Depay sağalıb

29.05.2020

28.05.2020

27.05.2020

26.05.2020

24.05.2020

   
  O Q H M T-f X
1. Qarabağ 17 11 5 1 31-7 38  
2. Neftçi 16 7 6 3 23-12 27  
3. Keşlə 16 7 5 4 20-14 26  
4. Sumqayıt 17 6 4 7 21-23 22  
5. Zirə 17 5 5 7 20-29 20  
6. Sabah 17 5 4 8 19-23 19  
7. Səbail 17 5 3 9 14-26 18  
8. Qəbələ 17 3 4 10 18-32 13  
08.02Qarabağ 0-0Neftçi
08.02Sumqayıt 1-0Zirə
07.02Sabah 3-2Qəbələ
07.02Keşlə 0-1Səbail
15.02Zirə -Qarabağ
15.02Sumqayıt -Sabah
16.02Neftçi -Keşlə
16.02Səbail -Qəbələ