Muarem Muarem: "Elə bir tapşırıq yox idi"

21.02.2016 | 1712 dəfə oxunub

"Qarabağ"ın makedoniyalı yarımmüdafiəçisi Muarem Muarem “Neftçi” ilə oyundan sonra jurnalistlərin suallarını cavablandırıb: 

- Oyundan nə dərəcədə razı qaldınız?

- Bu cür oyunlar çətin keçir. Belə olacağını bilirdik. “Neftçi” yaxşı oyun nümayiş etdirir. Bunu nəzərə almışdıq. Yaxşı hazırlaşdıq. Qələbə qazandığımıza görə sevinirik.

- Bir müddət başqa ölkədə çıxış etdiniz və yenidən Premyer Liqaya döndünüz. Bu cür oyunların ab-havası dəyişibmi?

- “Neftçi” əsasən gənclərdən qurulub. Amma meydanda olan zaman komanda kənardan göründüyü kimi deyil. Çox çətin rəqibdi. Gənclər mübarizə apardılar, yaxşı oynadılar.

- Amma əvvəlki “Neftçi” deyil...

- Yavaş-yavaş düzələcək. Əksəriyyəti gənclərdi...

- Yenidən əsas heyətdə yer ala biləcəksən?

- Təbii ki, bunun üçün çalışacam. Bildiyiniz kimi, bir müddət Türkiyəyə yollandım. Orada çox oynamadım. 5-6 ay ərzində cəmi 3 oyuna çıxdım. Çalışıram, əsas heyətə dönmək istəyirəm. Ötən həftə yüngül zədə aldım. İndi yaxşıyam. Baş məşqçi hər kəsə şans verir, əsas futbolçunun özünü göstərməsidi.

- Oyun təcrübənizin azlığını hiss edirsiniz?

- Əlbəttə, bunu hiss etməmək mümkün deyil. Futbolçu çox oynamayanda formadan düşür. Bu çatışmazlığı aradan qaldırmaq üçün məşqlərdə çox çalışacam.

- Əksər insan bu oyunun aqressiv, bol qollu keçəcəyini gözləyirdi...

- Əslində, belə olmağı lazımdı. Dediyiniz yalnız “Neftçi” ilə oyunda yox, bütün qarşılaşmalarda olmalıdı.

- İlk iki dövrədə “Qarabağ” “Neftçi”ni məğlub edə bilməmişdi. Bu dəfə baş məşqçinin xüsusi tapşırığı var idi?

- Elə bir tapşırıq yox idi. Oyunumuzu oynadıq. Yaxşı oynadığımıza görə də qələbə qazandıq. Baş məşqçi bu cür davam etməyimizi tapşırdı.

-  Rəqiblərlə xal fərqini artırırsınız. Martda çempionluğu təmin edəcəyinizə inanırsınızmı?

- Birinci yerdə qərarlaşmaq üçün çalışırıq. Amma çempionluq haqda danışmaq erkəndi. Qabaqda çox oyun var.

- “İnter”lə oyununuz var. Bu duel haqda nə deyə bilərsiz?

- Onların “Kəpəz”lə oyununu izlədik. Güclü rəqibdi. Onlar da üst sıralara yüksəlmək istəyirlər. Çətin, amma maraqlı oyun olacaq.

- Əvvəllər Reynaldo ilə birgə çıxış edirdiniz. Bəs Armanterosla oyununuz necə, alınırmı?

- Alınır, bir-birimizlə anlaşırıq.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

30.05.2020

21:35  Depay sağalıb

29.05.2020

28.05.2020

27.05.2020

26.05.2020

24.05.2020

   
  O Q H M T-f X
1. Qarabağ 17 11 5 1 31-7 38  
2. Neftçi 16 7 6 3 23-12 27  
3. Keşlə 16 7 5 4 20-14 26  
4. Sumqayıt 17 6 4 7 21-23 22  
5. Zirə 17 5 5 7 20-29 20  
6. Sabah 17 5 4 8 19-23 19  
7. Səbail 17 5 3 9 14-26 18  
8. Qəbələ 17 3 4 10 18-32 13  
08.02Qarabağ 0-0Neftçi
08.02Sumqayıt 1-0Zirə
07.02Sabah 3-2Qəbələ
07.02Keşlə 0-1Səbail
15.02Zirə -Qarabağ
15.02Sumqayıt -Sabah
16.02Neftçi -Keşlə
16.02Səbail -Qəbələ