Bəhmən Həsənov: "Heç özüm də bilmirəm"

21.02.2016 | 2821 dəfə oxunub

“Rəvan” bu gün Azərbaycan Premyer Liqasının 22-ci turunda doğma meydanda “Qəbələ”yə 1:0 hesabıyla məğlub oldu. Stadium.Az xəbər verir ki, oyundan sonra “Rəvan”ın baş məşqçisi Bəhmən Həsənov məğlubiyyət barədə danışıb:

 

- “Qəbələ”nin oyunundan anlayışımız vardı. Müafiənin arxasına uzun ötürmələrlə problem yaradırlar. 100 dəfə qol vəziyyəti yarat, amma bunu qola çevirmək üçün klas futbolçu lazımdı. Bu da bizdə yoxdu. Düzdü, rəqib də qol vəziyyətlərindən yararlana bilmədi. Mən komandamın oyunundan narazı deyiləm. Hakimlərdən narazıyam, etirazımı da bildirirəm. Mən iki vəziyyəti penalti kimi dəyərləndirdim. Ola bilər ki, səhv edim, amma bu şəxsi fikirimdi. Nə vaxta kimi xətlər arasındakı əlaqə pozulmamışdı, qol da vurulmurdu. Bu bizdə pozulan kimi qol buraxdıq.

- Məmmədi nə üçün meydanda saxladız?

- Sizə elə gəlmir ki, 6 xalın silinməsi üçün komandada motivasiya yoxdu?

- Niyə ki, futbolçuların hamısı yanvar ayının maaşın alıb. Kim deyirsə ki, almır, yalan söhbətdi. Az-az da olsa, hamısı maaşların alırlar. Heç maaş yoxdu, mən bu şəraitə, vəziyyətə razılaşıb bura gəlmişəmsə, heç bir problem yaratmamalıyam.

- İndi deyirsiz, məğlub olmanıza hakim günahkardı?

- Yox, elə demirəm. Hakim mənim yerimə nə qol vurandı, nə də məşq keçən. Mən deyirəm ki, heç kim haqqı nahaqqa yedirtməyək.

- Meydanda ən zəif iki futbolçunuz olan Ruslanı zədələnəndə əvəzlədiz, Məmmədi isə sona kimi meydanda saxladız. Nə üçün?

- Bizim iki futbolçumuz var ki, onların meydanda qalması rəqib üçün təhlükədir. Bunlar da Ramazan Abbasov və Ruslan Tağızadədir. Bu gün nə Kənan oynayırdı, nə də Saşa. Mən Məmmədi arxaya çəkib, onun yerinə Mirkamili meydana buraxdım ki, önə keçib qapıya zərbə vursun. Həm də Məmmədi kimlə dəyişim. Heç özüm də bilmirəm.

- Daha yaxşı futbolçularınız olsa, bu “Qəbələ”yə qalib gələ bilərdiz?

- Mənim yaxşı bir dayaq yarımmüdafiəçisi, hücuma meyilli orta sahə və hücumçumuz olsa, heç bir komandaya təslim olmarıq. Bizim 6 xalımız silinib, meydana ancaq 3 xal üçün çıxırıq ki, bunu aradan qaldıraq. “Qəbələ”yə uduzaq, “Zirə”yə uduzaq. “Sumqayıt”, AZAL bunlarda çox yaxşı komandalardır. “Zirə”də bir futbolçunun qarşısın kəsəndə, komanda dayanır. Amma digər komandalarda belə deyil.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail