"Günü sabah AFFA rəhbərliyi İstanbulda Ərsun Yanalla görüşüb, razılaşma əldə edə bilər"

17.10.2011 | 6156 dəfə oxunub

“Yanal Azərbaycanda çalışmaq istəyir. Biz qardaş ölkəyik, nədən orda olmasın? Artıq Türkiyə Futbol Federasiyasından ayrılıb. Milli komandalarla bağlılığı da qalmayıb”. Stadium.az xəbər verir ki, bu sözləri “Sport Favorit” qəzetinə türkiyəli mütəxəssis Ərsul Yanalın adından meneceri Hamze Balçı söyləyib.

Onun sözlərini görə, tanınmış məşqçi milli komandamızın baş məşqçisi postunda Berti Foqtsu əvəzləyə bilər: “Azərbaycandan onunla maraqlandıqlarını bilirlər. İlkin söhbətlər də var. Amma məsələ hələ real deyil. Çünki nə olub-olmayacağı danışıqların riyazi tərəfindən, yəni maddi şərtlərdən asılıdır. Günü sabah AFFA rəhbərliyi İstanbulda onunla görüşüb, razılaşma əldə edə bilər. Ərsun hocaya müəyyən təkliflər gəlsə də, o, Azərbaycanda çalışmaqda maraqlıdır”.

AÇ-2012-nin seçmə mərhələsi başa çatdıqdan sonra millimizin baş məşqçisi Berti Foqtsun istefaya göndəriləcəyi barədə xəbərlər dolaşır. Yığmanın yeni çalışdırıcı postuna namizədlər arasında Ərsun Yanalla yanaşı “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovun da adı hallanır.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail