Jurnalistin qatili: "Dedi, yaxşı eləmişəm, mən də vurdum”

25.02.2016 | 2562 dəfə oxunub

Ötən gün Səbael rayon Məhkəməsində jurnalist Rasim Əliyevin ölümü ilə bağlı cinayət işi çərçivəsində həbs edilən futbolçu Cavid Hüseynovun məhkəmə prosesi başlayıb.   Stadium.Az xəbər verir ki, məlum olub ki, işdə dövlət ittihamçısı dəyişdirilib.

Bundan sonra məhkəmədə ittiham tərəfini Eldar Balayev təmsil edəcək.   Daha sonra futbolçu Cavid Hüseynov hakim və prokurorun suallarını cavablandırıb. Futbolçu bildirib ki, hər kəs onun günahsız olduğunu bilir: “Rasimlə bağlı heç bir problemim olmayıb. Elşənə də demişəm ki, heç nə eləmə. Mən ekstrasens deyiləm ki, Elşənin gedib belə bir şey edəcəyini bilim”.   C.Hüseynovdan sonra Rasim Əliyevi döyməkdə təqsirləndirilən Elşən İsmayılov ifadə verib. Onun sözlərinə görə, mərhum jurnalist Rasim Əliyev onu söyüb: “Mənə ana söyüşü söymüşdü. Cavidə dedim, məsələ artıq sənin deyil, mənimdi. Cavid dedi, Rasim zəng edib bizdən üzr istəyib. Gözlədim, mənə də zəng eləyib, üzr istəyəcək. Eləmədi. Özüm zəng elədim, dedim, niyə üzr istəmirsən? Məni israrla Bayıla çay içməyə çağırdı. Çatan kimi soruşdum ki, məni niyə söymüsən? Dedi, yaxşı eləmişəm, mən də vurdum”.   C.Hüseynovun vəkili Adəm Məmmədov işdə adıçəkilən şahidlərin məcburi qaydada məhkəməyə gətirilməsi barədə vəsatət verib, lakin vəsatət təmin olunmayıb. Bununla belə, hakim bildirib ki, şahidlərə müvafiq qaydada məhkəməyə dəvət ediləcək.   Proses martın 11-də davam etdiriləcək. (Lent.az)



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail