Elnur Cəfərov İspaniyada qalır?

25.02.2016 | 4032 dəfə oxunub

“Xəzər Lənkəran”ın futbolçusu Elnur Cəfərovun İspaniya sequndasında mübarizə aparan “Ovyedo”da baxışda olduğunu xəbər vermişdik. Stadium.Az xəbər verir ki, gənc futbolçu İspaniya səfərinin təəssüratlarını bölüşüb:
 
“Məni orada gözlədiyimdən də isti qarşıladılar. “Ovyedo” Sequndada mübarizə aparmasına baxmayaraq, çox səviyyəli komandadır. Heyətində usta futbolçular yer alıb. Məşq prosesləri də fərqlidi. Bir sözlə, daha yüksəyə qalxmaq, futbolçu kimi “artlrmaq” üçün münasib komandadır. Transfer məsələsinə gəlincə, bu həftənin sonuna kimi həll olunmalıdır. “Ovyedo” rəhbərliyi keçidim üçün “Xəzər Lənkəran”a məktub ünvanlayacaq. Hər iki klubun rəhbərliyi arasında razılıq əldə olunandan sonra “Ovyedo” ilə müqavilə bağlayacam. Bu da o deməkdi ki, baxışda olduğum müddətdə ümidləri doğrultdum, məşqçilər korpusu məndən razı qaldı. Ovyedoda oteldə qalırdım. Dillə bağlı müəyyən çətinlik olsa da, futbolun dili birdi. Məşqlərdə çalışdırıcının verdiyi tapşırıqları yerinə yetirməkdə problem olmadı. Şəhər qədim tarixə malikdir, çoxlu gəzməli-görməli yerləri, tarixi abidələri var. Düzdür, orada olduğum müddətdə şəhəri çox gəzməyə imkanım olmasa da, Ovyedonu bəyəndim. Ümid edirəm ki, tezliklə yenidən oraya qayıdacam”.
 
Xatırladaq ki, “Xəzər Lənkəran” rəhbərliyi Elnura 50 min manat transfer haqqı qoyub. Bu məbləği ödəyən klub onunla müqavilə bağlaya bilər. Bəs görəsən, “Ovyedo” rəhbərliyi futbolçunun müqavilə ilə məxsus olduğu kluba tələb olunan məbləği ödəyəcək? Cəfərovun məsələyə reaksiyası belə oldu:
 
“İnanıram ki, “Xəzər Lənkəran” rəhbərliyi transferimə problem yaratmayacaq. Özləri də demişdilər ki, Avropaya yollanacağın halda qarşında “yaşıl işıq” yandıracağıq. Bir də yəqin ki, AFFA rəhbərliyi də keçidimə yardımçı olar. Hər halda İspaniyada oynamağım ölkəmizin də adına reklamdı. Məndə olan məlumat görə, hər şey xoş sonluqla başa çatmalıdır”. (Futbol+)



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail