Şahin Diniyev: "Bizi asan oyun gözləmir"

27.02.2016 | 2711 dəfə oxunub

Bu gün Gəncə şəhər stadionunda keçirilən son məşqlə “Kəpəz” Topaz Premyer Liqasının 23-cü turunda qarşılaşacağı “Sumqayıt”la oyunun hazırlığını yekunlaşdırıb.

Stadium.Az xəbər verir ki, sonuncu məşqdən sonra komandanın baş məşqçisi Şahin Diniyev qarşıdakı matçla bağlı fikirlərini bildirib:

“Maraqlı və gərgin mübarizə şəraitində keçəcək oyun olacaq. Biz bu görüşə həftə ərzində itkilərlə hazırlaşmışıq. Futbolçular zədə və ya xəstəlik səbəbindən bəzi məşqləri buraxıb. Tərlan Quliyev hazırda özünü yaxşı hiss edir, sonuncu məşqdə də istəklə çalışdı. Budaq Nəsirovla Junior Osvaldonun zədəsi tam aradan qalxmayıb. Namiq Ələsgərovun da müəyyən zədəsi var”.
 
Şahin Diniyev rəqib haqda da danışıb:

“Bizi asan oyun gözləmir. “Sumqayıt” gənc, ambisiyalı, mübarizə keyfiyyətlərini ortaya qoymağı bacaran komandadır. Komandanın heyətində milliyə dəvət alan oyunçular da var. Hücuma sürətlə atılmağı sevirlər. Deyərdim ki, həm onlar, həm də biz hücum etməyi sevən komandalarıq. Müdafiədə istənilən kimi oynaya bilsək, istədiyimiz nəticəni qazana bilərik”. (klub saytı)



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail