"İnter"in yeni hücumçusu: "Buraya gələndə şəhərdən və komandadan çox xoşum gəldi" - VİDEO

18.10.2011 | 5362 dəfə oxunub

"İnter"in yeni futbolçusu İbrahima Niasse klubun rəsmi saytına müsahibə verib. Stadium.az xəbər verir ki, o, söhbət zamanı karyerası və "İnter"ə keçidi barədə ətraflı danışıb.

Öncə karyeran barədə öyrənmək istərdik. Hansı klublarda oynamısan?
- Mənim birinci klubum doğma Seneqalın komandası idi. O vaxt mən Seneqalın U-17 yığmasının da formasını geyinirdim. Bundan sonra Fransaya yolladım və "Nansi" klubuyla ilk peşəkar müqavilə imzaladım. Burada iki il keçirdim və ondan sonra İsveçrənin "Nevşatel Ksamaks" komandasına keçdim. Karyeramın axırıncı üç mövsümünü elə bu komandada keçirdim.

- "İnter" klubuna keçidin necə oldu?
- Mənim menecirim buranı təklif etdi. Buraya gələndə şəhərdən və komandadan  çox xoşum gəldi. "Ksamaks" klubuyla olan müqaviləm artıq bitmişdi və  "İnter"ə keçmək üçün artıq heç-bir maneə qalmamışdı. Beləliklə, mən yenidən Bakıya gəldim və bu klubla müqavilə imzaladım. Yenə təkrar edirəm ki, şəhəriniz çox xoşuma gəldi. Ümid edirəm ki, burada oynamaq mənim karyeramda mühüm mərhələ olacaq.

- Sənin üçün yeni olan "İnter" komandası barədə nə deyə bilərdin?
- "İnter" çox yaxşı komandadır. Burada hər şey xoşuma gəlir. Komanda məşqçilərinin futbolçulara keçdiyi məşqləri çox bəyəndim. Bu məşqlər daim təkmilləşməyə təkan verir. Və mən özümdə artıq bu artımı görürəm.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail