Roman Qriqorçuk: “Xəzər Lənkəran”la oyunda bunu bacarmadıq"

27.02.2016 | 2824 dəfə oxunub

“Qəbələ” bu gün Azərbaycan Premyer Liqasının 23-cü turunda doğma meydanda “Xəzər Lənkəran”la heç-heçə etdi - 0:0. Stadium.Az xəbər verir ki, “Qəbələ”nin baş məşqçisi Roman Qriqorçuk oyun haqda belə danışıb:

“İstənilən nəticə ilə bitən oyundan sonra olduğu kimi bu dəfə də futbolçularımın əlini sıxdım. Onlar öz işlərini görüb, çalışqanlıq nümayiş etdirdilər. Təəssüf ki, qol vurmağımız alınmadı. Nəticədə 2 xal itirdik. Buna görə heç kimə iradımı bildirmirəm. Futbolçularıma da dedim ki, başınızı dik tutun.

Bu matç həmin oyunlardan biri idi ki, qalib gəlməmək olmazdı. İndi bu uğursuzluğu yaşayıb, yolumuza davam etməliyik. Rəqib komanda çox çalışdı. Buna baxmayaraq, bizim qol imkanlarımız oldu. Lakin imkanlardan istifadə edə bilmədik. Qarşılaşmanın gedişində oyunun axarını dəyişmək üçün mümkün olan hər addımı atdıq. Asif Məmmədovu da, Rikardinyonu da meydana buraxdıq. Matç sona yaxınlaşdıqca təzyiqi artırırdıq və bu üzdən yorğunluqdan danışmazdım. Demək olar ki, əlimizdə olan 3 xalı qazana bilmədiyimizə məyusam.  “Xəzər Lənkəran”la oyunda bunu bacarmadıq. Hərçənd qələbəyə çox yaxın idik”.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail