PFL "Xəzər Lənkəran"ın təklifini rədd etdi

29.02.2016 | 4355 dəfə oxunub

Peşəkar Futbol Liqası (PFL) Azərbaycan kubokunun 1/4 final mərhələsində "Xəzər Lənkəran" və "Neftçi" komandaları arasında keçiriləcək ilk oyunun vaxtını dəyişdirməyəcək.

Stadium.Az xəbər verir ki, bu barədə qurumun texniki departamentinin rəhbəri Zamiq Hüseynov məlumat verib.

Lənkəran klubunun oyun saatının dəyişdirilməsi ilə bağlı müraciət etdiyini bildirən Z.Hüseynovun sözlərinə görə, qarşılaşma əvvəlcədən də təyin olunduğu kimi, saat 14:00-da başlayacaq:

"Oyunun başlanma saatı hər iki tərəflə razılaşdırılıb. Digər tərəfdən, "Xəzər Lənkəran" müraciətində heç bir səbəb göstərməyib. Üstəlik, "Neftçi"yə də bu barədə heç bir müraciət edilməyib. Bunları nəzərə alaraq, deyə bilərik ki, oyunun başlama saatı dəyişdirilməyəcək".

"Xəzər Lənkəran" klubunun mətbuat xidmətinin rəhbəri Hüseyn Cəbrayıloğlu "Report"a açıqlamasında müraciətin səbəbini açıqlayıb: "Oyun 14:00-a təyin olunub. Ancaq azarkeşlər bizə vaxtın bir neçə saat irəli çəkilməsi üçün müraciət edirlər. Həm də baş məşqçinin istəyi də belədir. Bu səbəbdən biz də PFL-ə müraciət etmişik".

"Neftçi" klubunun Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Mehman Rəsulov isə bildirib ki, onlara nə "Xəzər Lənkəran", nə də PFL-dən rəsmi müraciəti ünvanlanıb.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail